·112 syf.····Okunma: 28 Temmuz 2024 17:14 Zweig'in digər kitablarını oxuyan biri olaraq bu kitaba da başlamazdan öncə gözləntilərim böyük idi. İlk öncə kitabın adı və qısa məzmunu məni cəlb etmişdi, bir qadının həyatında nə yaşana bilər ki, onun həyatını dəyişsin. Baş qəhrəmanımız Missis K. qumar aludəçisi bir şəxsi bu yoldan çıxarmaq üçün pul təklif edir, həmin şəxs isə missis K və oxucunu artıq dəyişdiyinə inandırsa da yenidən öz yoluna qayıdır, sonda Missis K. da anlayır ki, insanları dəyişmək mümkün deyil.
Mən belə düşünürəm ki, kitabda deyildiyi qədər bir insana ömür boyu təsir edəcək bir hadisə yaşanmayıb, yazarın digər kitablarına nəzərən zəif qalmış və gözləntilərimin aşağısında bir kitab. 5/10