Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir qadının həyatından 24 saat

Stefan Zweig

Yorumlar ve İncelemeler

Tümünü Gör
53 syf.
9/10 puan verdi
·
Beğendi
·
23 saatte okudu
İnsan təbiətinə xass olan saf duyğular nəticəsində yaşadığımız elə anlar olub ki, uzun müddət iradlardan və qınaq obyekti olmaqdan çəkinərək heç kimə deməyə curət etməmişik. Bəs başımıza gələnləri artıq qorxmadan, heç bir mühakiməyə məruz qalmadan danışa biləcəyimiz bir insanla qarşılaşsaydıq? Bəs onda necə? Nə hisslər keçirdərdik? Hekayədə cəmi 24 saatı əhatə edən, yaşadığı dəhşətli hadisənin üzərindən artıq 20 il keçmiş 67 yaşlı Missis K.-nin dilindən bu duyğuların izahının aydın şahidi oluruq! "Mən qayğısız keçirdiyim o qırx ilə nisbətən bu on saatlıq həyatımdan daha çox şey öyrəndim..."
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0126,6bin okunma
Reklam
112 syf.
·
Puan vermedi
·
Beğendi
·
25 saatte okudu
Stefan Svayqdan oxuduğum daha bir əsər, "Bir qadının həyatından 24 saat" əsərini oxudum. Əsər azhəcmli olsa da, marağlı idi. Əsərin qəhrəmanı bir səyahətdə olarkən 24 saat ərzində tanıdığı birinə qoşulub qaçan, öz ərini və övladlarını atan bir qadını müdafiə edir və bu zaman Missis K ilə tanış olur. Onlar belə bir neçə dəfə söhbət edirlər və hər dəfəsində Missis K bu haqda yenə onunla müzakirə edir, və sonda öz başına gələn əhvalatı danışır. Həyat yoldaşının ölümündən sonra tam sakit bir ömür sürən Missis K həyatında dəyişiklik etmək, daha yaşadığının fərqinə varmaq istiyir, və bu ona baha gəlir. Həyatında başına gələn ən böyük macər cəmi 24 saat çəkir və üstündən 20 ildən çox keçməsinə baxmayaraq, hələ də xatirəsindədir. Utanan, vicdan əzabı çəkən qadın bu sirrini yalnız əsərimizim qəhrəmanına danışaraq biraz rahatlıq tapır.
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0126,6bin okunma
112 syf.
7/10 puan verdi
·
3 günde okudu
Saf bir qadının həyatında qarşılaşdığı qəddar bir gündən bəhs edən bu əsər bəzi insanların içində olan caniliyi və bir yaşıl qumar masasının insan həyatını necə dəyişdiyini aydın və güclü şəkildə təsvir edir. O qadının kömək etmək istəyindən başqa heç bir səhvi olmamışdı. Sadəcə saf hisslərinin əsiri oldu bu xanım. Yarı təsirli bir əsər demək olar. Dünya ədəbiyyatından gözəl bir hissədir. Oxuya bilərsiniz..
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0126,6bin okunma
112 syf.
10/10 puan verdi
·
Beğendi
Bir qadının həyatından iyirmi dörd saat” novellasının baş qəhrəmanı qırx iki yaşlı bir qadındır. Həyatda onun başına gələn ən böyük macəra cəmi bir gün çəkib. Lakin iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, o, bu hadisəni heç kimə danışa bilmir. Utanan, vicdan əzabı çəkən qadın, nəhayət, bir gün iztirablarını dilə gətirir.
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0126,6bin okunma
Reklam
112 syf.
6/10 puan verdi
·
9 günde okudu
Kiçik həcimli olan bu əsər ilklərdə sıxıcı gəlsədə sonlarda marağımı çəkməyi bacardı. Yaşlı bir qadının həyatının 24 saatından bəhs edən bu əsərdə bu qadının 24 saat ərzində bir çox hissi eyni anda yaşadığını öyrənirik. Həyacan,qorxu,sevgi.. uğrunda özünü hədər etdiyi adamın necə aludəçilinə büründüyü qumarla həyatını məhv etdiyinində şahidi oluruq. Arxa pərdədə yaşlı qadın bütün yaşadıqlarını bir adama danışır. Və bununla rahatlıq tapdığını söyləyir. Nə gözəl idi, nə də pis.
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0126,6bin okunma
112 syf.
8/10 puan verdi
·
20 saatte okudu
Bu kitab kişi oxucular üçün bəlkə də sıradandır. Amma oxuyan hər bir qadının özündən azda olsa bir parça tapacağına əminəm. Bir qadının bütün həyatını ələ keçirmiş monotonluq, sıradanlıq ona necə bir cəsarət verə bilər? Bu qadının dilinə illər sonra almağı bacardığı hislər haqqında bir çoxumuz düşündüyümüzə belə inana bilmirik. Bəlkə etiraf edə bilməyimiz üçün bizimdə dinləyiciyə ehtiyacımız var?
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0126,6bin okunma
112 syf.
7/10 puan verdi
·
1 saatte okudu
Stefan Zweig "Bir qadının həyatında iyirmi dörd saat". Novellanın baş qəhrəmanı qırx iki yaşlı bir qadın olsa da publist Missis K-nın obrazı ilə bütün qadınların daxili aləmini ifadə etmişdir. Qadınlar hər nə qədər adi, kövrək və zəif xarakterli sima bəxş etsələr belə onların daxilində cəsarət daim mövcuddur. Bu hissi isə az bir qism qadın gün üzünə çıxardıb yoluna davam etməyə nail ola bilir. Əlbəttə, bu cəsarət hər zaman xoşbəxtlik verəcək deyil, elə Misssis K-da yaşadığı hadisədən iyirmi ildən çox vaxt ötməsinə baxmayaraq, o, həmin hadisəni heç kimə danışa bilmirdi, ancaq bir gün izdirablarını dilə gətirərək, utancına və vicdan əzabına son qoymağa nail olur. Yaşadığı xəta özünü inkişaf etdirmək yolunda ona ən dəyərli dərs olur. İnsan da bu cürdür xəta etməlidir ki, özünü tam şəkildə inkişaf etdirə bilsin.
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0126,6bin okunma
112 syf.
·
Puan vermedi
·
6 günde okudu
24 Saat Hər şeyi yoluna qoymaq üçün uzun zaman idi.
Əvvəlcə Salam! mən bu rəyi Azərbaycan dilinde yazıram. Mən əvvəllər türk dilini oxumuşdum, amma mən onu bu dildə oxumaq istəyirdim və mənim yeganə məqsədim Azərbaycan türkcəsini inkişaf etdirmək idi... amma düşünürəm ki, mənim üçün daha da çətin idi:). Bu kitabı və Qonbul’u Bakı’dan aldım. Azərbaycan türkcəsi, Türk dilinə o qədər bənzəyir ki, sizə bu kitabı deyil, Azərbaycan dilində istənilən kitabı oxumağı məsləhət görərdim. Bir dəfə cəhd edin. Sadəlövh təklifləri sevəcəksiniz. sevgi ilə, görüşərik! (səhv tərcümə üçün əvvəlcədən üzr istəyirəm)
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0126,6bin okunma
Reklam
80 syf.
6/10 puan verdi
Stefan Svayq-"Bir qadının həyatından 24 saat əvvəl" Yazardan oxuduğum 5-ci kitab oldu.Ahhh bu yazarın qadın hisslərinə,duyğularına bələd olmasına heyranam.Yazar elə ustalıqla bunları qələmə alırki,heyran olmamaq mümkün deyil.Kitabı bəyəndimmi?bəyəndim oxumağıma da peşman deyiləm.Yazardan oxumağa davam Kitabın mövzusu Əsər müxtəlif millətlərdə ibarət pansionatda evli bir xanımın erini və uşaqlarını ataraq,bir günlük tanıdığı oğlanla qaçması ilə başlayır.Ingilis xanım Missis K. bu hadisə ilə özünün 25 il əvvəl yaşadığı hadisə yadına düşür və pansionatda qalan bir nəfərə danışır.Missis K. orta yaşlarında ikən 2 uşaqla dul qalır və gününü ölkələrə gəzib-dolaşmaqla keçirir.Bir gün əri ilə getdiyi qumarxanada qumar oynayan gənc yaşlı bir oğlan onun diqqətini çəkir.Oğlan oyunu uduzub skamyda intahar etmə dərəcəsinə çatdığını görən Missis K. ona yardım etməyi,qalacaq yer tutmağı bir sözlə oğlanı intahar etməkdən danışındırmaq fikrinə düşür.Oğlani qalmaq üçün otelə aparır,səhərisi gün ona ölkəni tərk edib getməsi və bilet alması üçün pul verir.Missis K. oğlanla bir gün gəzir,söhbət edir və içində bir hiss yaranır.Oğlanla bir gedib onunla daim bir olmaq.Lakin Missis K. qatara gecikir və sonra nə baş verir?Bunu oxusanız özünüz görəcəksiniz
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0126,6bin okunma
112 syf.
9/10 puan verdi
·
5 günde okudu
Yanılmadım
Ümumiyyətlə kitab oxuduqca həmişə bir sonrakı fraqmentdə nə olacağını düşünüb təxmin etməyə çalışıram. Bəlkə də yeganə kitabdır ki, yanılmadım, düşündüyüm kimi oldu. Sonra da düşündüm ki, mən 27 illik həyatımda nə yaşamış ola bilərəm ki, insanlara olan güvənim bu dərəcədə zədələnsin. Bəlkə də elə bu yaşda bu cür ehtiyyatlı olmaq yaxşıdır, xüsusilə insanlarla münasibətdə...
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0126,6bin okunma
80 syf.
5/10 puan verdi
·
1 saatte okudu
Bir Kadının Yaşamından Yirmi Dört Saat - Dikkat spoiler içerebilir!
Klasik Zweig eselerinden biri. Içinde bütün zıtlıklarbirlikye verilmiş. Okumuş eğitimli kumar bağımlısı bir genç ve ona tamamen içinden gelerek yardım eden soylu bu kadın. Genc en sonunda kafasına sıkar ve son tahlilde soylu kadın neredeyse ölümüne sevinir. Çünkü arasında geçenler kadının yıllarca içine dert olmuştur. Keyifli okumalar diler, böyle güzel bir mecrayı bizlere sunduğu için 1K ekibine teşekkür ederim.
Bir Kadının Yaşamından Yirmi Dört Saat
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020126,6bin okunma
80 syf.
9/10 puan verdi
·
Beğendi
·
11 saatte okudu
BİR KADIN VE 24 SAATİ UZERİNE
YouTube kitap kanalımda bu kitabın da içinde bulunduğu kitaplık turu videomu izleyebilirsiniz: ytbe.one/yf0me602lnY Bir kadının 24 saati daha ne kadar derin anlatılabilirdi? 24 saate düşünemeyeceğimiz kadar ruhsal devinim sığdırmayı olağanüstü bir şekilde başarabilen adam bu Zweig. Biz fani insanlar olarak günün yarısını yatmakla
Bir Kadının Yaşamından Yirmi Dört Saat
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020126,6bin okunma
71 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Ah O 24 Saat...
24 saati 71 sayfaya sığdıran Stefan Zweig... Bir yaşamın gerisinde kalan çöküşleri kaç satırda okudum bilmiyorum. Stefan neden hep insanların hayat boyu hissedeceği duyguları ince ince işliyor? Gelin bir de kendinizi bu kitaplarda aramayın. Yine zavallı insanlar, yine hissiz insanlar ve yine nankör varlık olan insan topluluğu. Bütün duyguları
Bir Kadının Yaşamından Yirmi Dört Saat
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020126,6bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.