Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Bir qadının həyatından 24 saat

Stefan Zweig

Bir qadının həyatından 24 saat Gönderileri

Bir qadının həyatından 24 saat kitaplarını, Bir qadının həyatından 24 saat sözleri ve alıntılarını, Bir qadının həyatından 24 saat yazarlarını, Bir qadının həyatından 24 saat yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
“Bütün tənhalar kimi sərbəst və bütün sərbəstlər kimi tənhayıq."
Yaxud, boğulanı xilas etmək üçün üzmək bilməyən bir adamın körpüdən özünü suya atmasını izah etmək olar mı?
Reklam
Mən isə prokuror rolunda çıxış etmək istəmirəm;mən vəkilliyi daha üstün tuturam,şəxsən mənim qəlbimə insanları ittiham etmək deyil,müdafiə etmək daha çox yatır!
112 syf.
8/10 puan verdi
·
20 saatte okudu
Bu kitab kişi oxucular üçün bəlkə də sıradandır. Amma oxuyan hər bir qadının özündən azda olsa bir parça tapacağına əminəm. Bir qadının bütün həyatını ələ keçirmiş monotonluq, sıradanlıq ona necə bir cəsarət verə bilər? Bu qadının dilinə illər sonra almağı bacardığı hislər haqqında bir çoxumuz düşündüyümüzə belə inana bilmirik. Bəlkə etiraf edə bilməyimiz üçün bizimdə dinləyiciyə ehtiyacımız var?
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0127,3bin okunma
«Sizi mənim üçün Allah göndərib, ona görə də, mən ona minnətdarlığımı bildirdim» – dedi. Mən bilmədim nə cavab verim. Lakin ürəkdən istəyirdim ki, bu saat həzin bir səslə orqan çalsınlar, çünki mən hiss etdim ki, artıq məqsədimə nail olmuşam, bu insanı mən həmişəlik xilas etmişəm!
...Bir anlığa belə gözümü ondan çəkə bilmirdim. Bu dəqiqə zalda mənim gözümə daha heç nə görünmürdü, hər şey mənə solğun, tutqun, dumanlı gəlirdi, qarşımdakı sifətin alovlu şöləsi ilə müqayisədə hər tərəf, elə bil, zülmətə qərq olmuşdu. Mən başqalarının burada olmasını unudub, bəlkə də, düz bir saat bu insana tamaşa etdim, onun hər bir hərəkətinə göz qoydum.
Reklam
...Mən isə xüsusi bir fərd olduğuma görə prokuror rolunda çıxış etmək istəmirəm; mən vəkilliyi daha üstün tuturam, şəxsən mənim qəlbimə insanları ittiham etmək deyil, müdafiə etmək daha çox yatır!
112 syf.
7/10 puan verdi
·
1 saatte okudu
Stefan Zweig "Bir qadının həyatında iyirmi dörd saat". Novellanın baş qəhrəmanı qırx iki yaşlı bir qadın olsa da publist Missis K-nın obrazı ilə bütün qadınların daxili aləmini ifadə etmişdir. Qadınlar hər nə qədər adi, kövrək və zəif xarakterli sima bəxş etsələr belə onların daxilində cəsarət daim mövcuddur. Bu hissi isə az bir qism qadın gün üzünə çıxardıb yoluna davam etməyə nail ola bilir. Əlbəttə, bu cəsarət hər zaman xoşbəxtlik verəcək deyil, elə Misssis K-da yaşadığı hadisədən iyirmi ildən çox vaxt ötməsinə baxmayaraq, o, həmin hadisəni heç kimə danışa bilmirdi, ancaq bir gün izdirablarını dilə gətirərək, utancına və vicdan əzabına son qoymağa nail olur. Yaşadığı xəta özünü inkişaf etdirmək yolunda ona ən dəyərli dərs olur. İnsan da bu cürdür xəta etməlidir ki, özünü tam şəkildə inkişaf etdirə bilsin.
Bir qadının həyatından 24 saat
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0127,3bin okunma
Şəxsən mənim qəlbimə insanları ittiham etmək deyil, müdafiə etmək daha çox yatır!
Heç bir heykəltəraş,heç bir şair: nə Mikelancelo,nə Dante güclü yağış altında qalıb ondan xilas olmaq üçün cüzi cəhd eləməyə belə taqəti qalmamış yorulub tamam haldan düşmüş bu canlı kimi mənə ümidsizliyin son həddinu,yer üzündəki əzabın son dəhşətini bu cür güclü,bu cür qabarıq şəkildə hiss etdirə,duydura bilməzdi.
Sayfa 52 - QanunKitabı okudu
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.