Gönderi

Puan vermedi·112 syf.··
Beğendi
·
2019 1. kitabı
·
25 saatte okudu
·
Okunma: 30 Kasım 2019 20:21
Stefan Svayqdan oxuduğum daha bir əsər, "Bir qadının həyatından 24 saat" əsərini oxudum. Əsər azhəcmli olsa da, marağlı idi. Əsərin qəhrəmanı bir səyahətdə olarkən 24 saat ərzində tanıdığı birinə qoşulub qaçan, öz ərini və övladlarını atan bir qadını müdafiə edir və bu zaman Missis K ilə tanış olur. Onlar belə bir neçə dəfə söhbət edirlər və hər dəfəsində Missis K bu haqda yenə onunla müzakirə edir, və sonda öz başına gələn əhvalatı danışır. Həyat yoldaşının ölümündən sonra tam sakit bir ömür sürən Missis K həyatında dəyişiklik etmək, daha yaşadığının fərqinə varmaq istiyir, və bu ona baha gəlir. Həyatında başına gələn ən böyük macər cəmi 24 saat çəkir və üstündən 20 ildən çox keçməsinə baxmayaraq, hələ də xatirəsindədir. Utanan, vicdan əzabı çəkən qadın bu sirrini yalnız əsərimizim qəhrəmanına danışaraq biraz rahatlıq tapır.
Bir qadının həyatından 24 saatStefan Zweig · Qanun Nəşriyyatı · 0150,9bin okunma
·
166 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.