Gönderi

9/10
·376 syf.··
Beğendi
·
2024 2. kitabı
·
9 günde okudu
·
Okunma: 29 Temmuz 2024 08:29
Sidney Sheldonun -Qaranlıqdan qorxursan ? detektiv, trillerini oxudum. Əsəri çox bəyəndim. Həm beynim açıldı, həm bu yazarı daha öncədən niyə oxumadığıma çox heyfsləndim. Bir detektiv ancaq belə möhtəşəm ola bilər. Hadisələr elə sürətlə, elə axıcı keçib gedir ki, bir də ayılırsan kitab yarıbayarı olub. Əsər dünyanın 4 yerində qəfildən baş verən beyin adamlarının qətlləri ilə başlayır. Spoiler: *** Berlində bir qadın küçənin ortasında qəfildən yoxa çıxır. Parisdə bir kişi özünü Eyfel qülləsindən ataraq intihar edir. Denverdə kiçik təyyarə dağlara çırpılıb partlayır. Manhattanda Cənub çayı sahillərində bir cəsəd tapılır. Əvvəl-əvvəl baş verənlər adi bədbəxt hadisə təsiri bağışlasa da bir müddət sonra bütün şübhələr bir yerə yönəlir. Bura, dünyanın beyin mərkəzi hesab olunan “Kingsley International Group” şirkətidir. Polisin gərgin axtarışları nəticəsində ölən adamların hamısının eyni şirkətdə işlədikləri üzə çıxır. Şirkətin başçısı Tener Kinqsli ölmüş iki əməkdaşının həyat yoldaşlarını görüşə çağıraraq bütün ziyanın ödənəcəyinə və həyat yoldaşlarının ölümünün arxasında dayanan sirli səbəbin tapılacağına söz verir. Lakin onun gecikdiyi məlum olur. Çünki artıq kimlərsə onları yox etməyə qərar verib. Ölümün bir addımlığından qayıdan iki qadını kimlər, niyə öldürməyə çalışır? Yoxsa bu qadınlar özləri də bilmədən ikinci bir hiyləgər oyunun günahkar qurbanına çevrilməkdədir? Sidni Şeldonun kəskin süjetli romanının sualları oxucunu sona kimi tərk etmir. Lakin bir gün hər şey gün işığına çıxacaq. Əsərdə hadisələr, kəskin süjet bir yana tamah, güc, pula olan ehtiras, hər nə yol olursa olsun şöhrətə gedən addımlar insanı hürküdür. Şirkətin sahibi Tener o qədər gücə həris olur ki, sonda öz məhvini öz əli ilə gətirir. Qardaşı Endryu və Tener Kingsli bir ailənin 2 fərqli övladı…İki fərqli güc, iki fərqli insan və insanlıq… Həqiqətən də düşünən beyin nə üçün düşünüb işləyir ona fokuslanmalıdır. Və həqiqətən də bir insanı öz ambisiyaları məhv edə bilər. Gözübağlı, nəyin bahasına olursa olsun güc əldə etmək istəyən, uğura doğru bütün yolları mübah bilən insan sonda məhv olur. Mənəviyyat, insanlıq, nəhayət doğru olan gec ya tez qalib gəlir. Allah, tanrı, evren ( bunun adını nə qoyursunuzsa qoyun) insana yol açıb onu irəli itələyir və seyr edir. Sınağını çətinləşdirir, ara -sıra əzir, ucaldır və nəticədə onun bütün şəraitlərdən necə insan olaraq çıxdığına tamaşa edir. İlahi ədalət var.Yoxdur deyənlər, ara- ara yaşadıqlarına nəzər yetirsinlər və hesabatlarını özlərinə versinlər. Kitabla qalın, mənəviyyatınızı itirməyin, sözlərin gücünə inanın və sonda ürəyinizin çörəyini yeyəcəyiniz an gəlib çatacaq!!!! Xoş mütaliələr
Qaranlıqdan Qorxursan?Sidney Sheldon · 078 okunma
·
65 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.