Uzun müddət sonra
8/10
·640 syf.··
2024 26. kitabı
Sophie və Agatha adlı dostlar Gavaldon'da yaşayır. Sophie gözəlliyi və yaxşı xarakteri ilə qürur duyur, bir gün nağıllardakı kimi gözəl həyat yaşayacağına və öz xoşbəxt sonluğunu tapacağına inanır. Agatha isə məzarlıq təpəsində anası və pişiyi ilə şəhərin qalan hissəsindən təcrid olunmuş şəkildə yaşayır. İki qız üçün də nağıl kitabları yaşadıqları həyatdan möcüzələrə açılan qapılardır. Lakin yaşadıqları yerlə bağlı bütün sakinləri narahat edən bir məsələ var. Hər 4 ildən bir Gavaldon'dan 2 uşaq oğurlanır və onlar İyilik ve Kötülük Okulu adlanan yerə aparılırlar. İyilik Okulu adlı yerdə bildiyimiz nağılların məşhur qəhrəmanları, cəngavərləri, gözəl şahzadələri yetişdirildiyi halda, Kötülük Okulu bu qəhrəmanların düşmənləri üçün nəzərdə tutulub. Sophie insanlara daim yaxşılıq etməyə çalışan xarakteri və şahzadələrə bənzər xarici görünüşü ilə İyilik Okuluna, dostunun isə Kötülük Okuluna gedəcəyindən əmindir. Lakin həmin gün gəlib çatanda heç də işlər Sophie'nin istədiyi kimi getmir. Kitabın mövzusu, obrazları və bol təsvirli yazım tərzi ona özünəməxsus və maraqlı hava qatır. 3 kitab boyunca əsas obrazlarımızdan (Agatha, Sophie, Tedros) əlavə, Dot, Anadil, Hester (və də müəllimlər) kimi yan obrazları da oxuyuruq və onların həyat hekayəsi haqqında az da olsa məlumat sahibi oluruq. Hər bölüm həyəcanlı, ağlınızda suallar yaradaraq bitir və siz növbəti bölümü oxumaq istəyirsiniz. Buna baxmayaraq, 3 kitab boyunca Agatha'nın heç cür Sophie'nin içindəki pisliyə inanmaması, onu yaxşılığa tərəf çəkməyə çalışması, inananda isə Sophie'nin öz yaxşı tərəfini isbat etməyə çalışması artıq bir yerdən sonra yorur. 3 kitabı ayrı zamanlarda oxuduğum üçün ilk 2 kitabda çox gözümə batmasa da, 3-cü kitabda bu məqam mənə çox sıxıcı gəlməyə başladı. Bildiyim qədərilə, bu 3 kitabdan əlavə, hələ türkcəyə tərcümə edilməmiş, yenə eyni obrazlarla, lakin fərqli hekayənin yazıldığı 3 kitab daha və Okul Müdürü ilə qardaşının hekayəsinin yazıldığı 0-cı kitab da var. Xüsusilə gərəksiz uzadılmış 3-cü kitabdan sonra seriyaya davam edərəmmi, bilmirəm, ancaq oxumaq istəyirsinizsə, nəzərinizdə olsun. Çox şeyin uzadılmasına baxmayaraq, maraqlı mövzusu və bir-birindən fərqli obrazları ilə, məncə, ən azından şans verməyə dəyər. Ümumilikdə seriyaya xalım: 8.5/10
Edebiyat
İyilik ve Kötülük Okulu 3: Sonsuz Mutluluğun SonuSoman Chainani · Doğan ve Egmont Yayıncılık · 2017123 okunma
·
89 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.