Gönderi

Ustaca düşünülmüş mükəmməl bir əsər.
10/10
·272 syf.··
2024 167. kitabı
·
5 günde okudu
·
Okunma: 03 Ağustos 2024 23:03
Son bir neçə ildi istər seriya halında istərsədə tək kitab formasında bir çox elmi-fantastik ədəbiyyat nümunəsi oxudum amma bu kitab qədər mükəmməlinə çox az rastladım. Kitab uzaq gələcək də keçməkdə olub, bizə ulduzlararası səyahət edə bilən bir kosmik gəminin , bilinməyən planetdə itmiş başqa bir kosmik gəminin axtarışı zamanı başına gələnlərdən danışır. Kitabın əsas mövzusu ilk baxışda çox da dərin görsənmir amma ki, yazar bu mövzu ətrafında insan təbiəti və bununla yanaşı təkamülün təbiətini çox gözəl şəkildə harmanlamağı bacarıb. Digər bir məsələ isə elmi hissəsinin çox detallı və düzgün şəkildə quruluması və bununla yanaşı məntiqi strukturunda problem olmamasıdır. Ki bu elmi-fantastika ədəbiyyatın qarşılaşılan bir problemdir. Hansı ki, Bəzi yazarlar yaratmağa çalışdığı dünyanın strukturunda etdiyi kiçik xətalar nəticəsində hekayənin süjet xəttində gözə batan böyük problemlərə yol aça bilir. Lakin bu kitab sözün əsl mənasında bu işi mükəmməl yerinə yetirib. İstər əsərdəki aparat və texnikaların təsviri, istər elmi terminalogiyanın istifadəsi, istərsədə iş strukturlarında heç bir problem gözə çarpmırdı. Əlavə olaraq da əsər daxilində olan və həyəcanla qorxunu çox gözəl şəkildə əks etdirən epizodlar əsərin insanı yoran bir məqalə bənzəri araşdırmaya çevrilməsinin qarşısını alıb. Uzun sözün qısası əsər sözün əsl mənasında möhtəşəmdi. Sadəcə janrı sevənlərin yox məncə bütün oxurların şans verməli olduğu əsərlərdən biridi.
Edebiyat
YenilmezStanislaw Lem · Alfa Yayınları · 2023696 okunma
·
83 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.