Puan vermedi·144 syf.··Beğendi
···Okunma: 09 Ağustos 2024 17:04 Bilmək olmaz, hansı daha ağrılıdır, qanın damcı-damcı axıb getməsi, yoxsa şüurun fikir-fikir sönüb getməsi.
Viktor Hüqo.
Mütaliə zamanı hər cümləsini iliklərimə qədər hiss etdiyim bu kitab hələ sağ ikən ölümlə barışmağa çalışan, ona öyrəşməyə can atan, lakin mübarizəsinin ilk saniyəsində ayağının büdrəməsi ilə yıxılan bir məhkumun edam sərgüzəştləridir. Duyğular girdabında boğulmamaq üçün fasilə ilə oxumağıma baxmayaraq, birnəfəsə bitirdim.
Mənəvi ağrıların gücünü, şiddətini hiss etdikcə ruhum cismimi tərk edirdi...
Fiziki ağrılar mənəvi ağrıların yanında heç nədir.