Puan vermedi·172 syf.··
2024 231. kitabı
·
7 günde okudu
·
Okunma: 10 Ağustos 2024 12:48
Otomatik Portakal Hər kəsə salam, Daha bir kitabla bağlı şəxsi düşüncələrimi paylaşıram. Beyin şişi olduğu bildirilən və həyatının sonlanmasına 1 il “zaman qoyulan” müəllif, həyat yoldaşının yaşam xərcini təmin etməkçün əsərlər yazmağa başlayır. Və bir də vəd edilən müddətin sonunda müəllifə qoyulan diaqnozun yanlış olduğu üzəçıxır. Müəllif isə artıq şöhrətlik zirvəsinə çoxdan çatmışdı. Öncədən bildirim ki, kitabda,xüsusilə 1-ci hissədə şiddət, zorakılıq (o cümlədə cinsəl) mövzulara xeyli toxunulduğu üçün 20 yaşdan kiçik, psixoloji durumu zəif oxucu qrupu üçün oxunması uyğun görülmür. Əslində kitabı sonlara doğru oxuduqca niyə ilk hissədə bu tip mövzulara ifrat yer verildiyi aydın olur. Bir ölkə düşünün, distoptik ölkə, hansı ki o ölkədə cinayət, oğurluq, şiddət, cinsi zorakılıq və s. gündəlik həyat tərzidir və insanlar evlərindən çıxmağa belə qorxurlar. Və Alex adlı, 15 yaşlı, özünü cinayətkər qrupun başçısı kimi görən gənc düşünün. Qrup deyərkən özündən başqa 3 nəfərin başçısı. Gününü tüfeyli həyat tərzi keçirməklə başa vuran bu qrup heç bir səbəb olmadan yoldakı insanlara hücum etmək, oğurluq, azyaşlılar daxil olmaq cinsəl təcavüzdən çəkinmir. Ta ki bir evə daxil olub, evin xanımını öldürənə qədər. Polis hadisə yerinə gələndə “dostları” Alexə xəyanət edir və bu yaşında Alex həbsxanaya düşür. Əsərin əsas çatdırılmalı olduğu məqamı, mesajı məhz bundan sonra 2-ci hissədən başlayır. Hökumət cinayətkarları islah etməkdən ötrü müalicə metodu test etməyə qərar verir və bu metod ilk öncə Alexin üzərində test edilir. Təsəvvür edin: Sizə həb verilir, əliniz ayağınız bağlı, hətta gözlərinizi belə bağlamaq imkanı olmadan sizə şiddət dolu, cinsəl içərikli filmlər, görüntülər göstərilir və bunu izlərkən verdiyiniz reaksiya izlənilir. Baş ağrısı, mədə bulantısı, kəskin ağrılar -beləcə sizi şiddətdən uzaq saxlamağın yolunu tapırlar. Alex də bu sınaqdan keçirilir və mediada yüksək tirajla bu xəbər yayılır: Cinayətkar islah olunaraq cəmiyyətə qovuşduruldu! Sonda bəs? Əsərin çatdırdığı mesajı kitabı bitirincə anlayırsınız.
1K
Otomatik PortakalAnthony Burgess · Türkiye İş Bankası Kültür Yayınları · 2009113,2bin okunma
·
55 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.