Yeni profilimin ilk şərhi olsun<3
6/10
·496 syf.··
Beğendi
·
2024 272. kitabı
·
23 saatte okudu
·
Okunma: 10 Ağustos 2024 21:25
Kitabln müsbət mənfilərini yorumlasam ; Spor romantizmi mövzusunda yazılmış həqiqətən yaxşı romcomlardan sayıla bilər. O tema arxa plana atılmır, mühiti, yarışları, hissiyatı sona qədər görürsən, oxuyursan. Klassik romcom olaraq, təbii ki, təsviri 0, süjeti axıcı, oxunaqlı kitabdı. Vaxt keçsin deyə oxunar. Amma yazım dilində tam aydınlaşdıra bilmədiyim bir problem vardı. O qədər sadə dilinə rəğmən çox da su kimi axmadı. Yəqin ki, hekayənin bir personajın dili ilə yazılması və o personajın da kitab boyu sürekli dramatik içsel monoloqlarla boğuşmasına görə. Ki, heç nə onun şişirtdiyi qədər problematic deyildi. Təbii ki, hər zaman özlüyümüzdə qarşı tərəfi günahlandırmağa, zehnimizin içində asıb kəsməyə meyilli oluruq. Amma romcom kitab / seriallarda baş rol qızın baş rol oğlana qarşı anlamsız bir nifrəti olur həmişə. O "enemies to lovers" trope'un altını doldura bilmirlər əsla. Tam da gözlədiyim kimi əslində qızın haqsız olduğu bir mövzuda oğlan kobudluq belə göstərməyib, yola verib. Sonrakı illər ərzində də zaten çox muhattap olmayıblar, olanda da qarşılıqlı şəkildə söz atışmaları olub. Bu. Bu qədər. Amma qız bunu 100 səhifə boyunca oxucuya və hekayədə qarşısına çıxan hamıya "ondan nifrət edirəm, ondan zəhləm gedir. Birbirimizə nifrət edirik. Əsla bir yerdə çalışa bilmərik, birbirimizi öldürərik" şəklində açıqladı. Ne gerek var bu ergen triplerine yani. Sevdiyim bir cəhət kimi kitabın dümdüz romantik komediya olmasını göstərə bilərəm. Əsla gərəksiz dram yaşanmadı. 300 səhifədən sonra görməyə öyrəşdiyimiz o yalan, gizli gerçək, dalaşıb ayrılmaq, araya məsafə girməsi, üçüncü şəxs, qısqanclıq və s və s... heç biri olmadı. Hekayə başladığı templə də bitdi. Dediyim kimi tam baş qatmaqlıq, vaxt keçsin deyə oxumaqlıq, yormayacaq kitabdı. Sona doğru bir smut sayılacaq səhnə var. Onun xaricində çox bariz, açıq-saçıq səhnələri yoxdu əslində, yenə də narahat ola biləcəklər üçün demiş olum. Kitab 500-ə yaxın səhifədi. Romcom üçün qətiyyən qısa sayılmaz. Amma dediyim kimi, daxili monoloqlar mənasız uzanırdı + əsas qızın ailə, qohum çevrəsinə gərəyindən artıq yer ayrıldığını düşünürəm. Ümumiyyətlə, seriallarda da o məhəllə ortamları, "şakamatik" , abartılı tavırları olan ailə evi səhnələrini izləməyi heç vaxt sevməmişəm. Vaxt / səhifə doldurmaq üçün olduğunu başa düşürəm, amma bir tərəfdən də bu səhnələrin gülməli / zövqlü olduğunu ilk dəfə kimin iddia etdiyini sorğulayıram ahahaha. Bu gərəksiz səhifə doldurmalar əvəzinə Jasmine & İvan səhnələri artırıla bilərdi. Xüsusən İvanın kitab boyu bir az geri planda qaldığını, yetəri qədər tanıya bilmədiyimizi düşünürəm. Belə. Oxumadan ölməyin filan deməyəcəm təbii ki. Sadəcə janrı, trope'u sevənlərin nəzər yetirməsini tövsiyə edərəm. Xoş günlər, xoş oxumalar☆☆☆
Lukov'dan SevgilerMariana Zapata · Nemesis Kitap · 20201,710 okunma
·
277 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Yeni favori hobbim: sənin romcomlara yazdığın ciddi şərhləri və sözarası alt mesajlarını oxuyub zövq almaq 🤌🏻
carmilla
Gönderi Sahibi
Ay indi səninlə birgə gözdən keçirtdim. Bu rəyləri marafon günü 24 saat yuxusuzluq, 1000+ səhifəlik oxumadan sonra yazmışam. Bir az fazla ciddi olublar deyəsən🤣🤣🤣 Təbii ki, arada söz atacam, tənqidlərimi verəcəm. Auditoriyam 2-3 adamdan ibarət olsa belə ahahahaj Love u💖💖💖
Azcacana ciddi, evet ahahshsjs Yaz, yaz, gec-tez oxuyarıq biz hehehe Love u too 💜