Puan vermedi·344 syf.··
2024 2. kitabı
"Mən üsyankar idim, bu adı mənə tamamilə məntiqi və ədalətli görünən, lakin valideyinlərimə, xüsusilə də atama görə haqsız olduğum hadisələrdən sonra vermişdilər". Haqsızlıq, ədalətsizliklər insanı ya üsyankar edir, ya da qul. Varis də qadınların qul, əşya yerinə qoyulduğu iyrənc bir coğrafiyada böyüyən, ədalətsizliklərlə barışmayan, cəsur, üsyankar bir qadındır; Özü kimi milyonlarla, milyardlarla qadının həyatına işıq tutan eyni zorakılıqlara, təzyiqlərə məruz qalan bütün qadınlar adından mübarizəyə qatılan üsyankar bir fədaidir. Varisin acı taleyini vərəqlədikcə, əsəri bitirənədək ağlımdan o cümlə keçir, heç çıxmırdı: "Qadınlar zərif varlıqdır". Bu ifadə ilə heç zaman razılaşmamışam. Bu qədər işgəncələr, ölümlər, təcavüzlər, təzyiqlər qarşısında içində hansı canlı zərif ola, qala bilər ki? Zərif varlıq bu yaşam mübarizəsində, təzyiqlər içində necə sağ qala bilər ki? Onun hekayəsi, yalnız qadın olmağın çətinliklərini deyil, həm də mədəni və coğrafi çərçivələrin insan həyatına necə təsir etdiyini vurğulayır. Coğrafiya qismətindir, hərçənd qismətə inamasam da, insanın həyatı seçimi və onun nəticələrinin aslı olduğuna inanıram. Varis də bu həyatı qəbullansa idi, o da digər qadınlar kimi həyatını bir heç uğruna fəda edəcəkdi... Acı taleyini qəbullandıqda hər şey bitir, qismət başlayır... Qadın olmağın, xüsusən də iyrənc bir coğrafiyada qadın olmağın ağrılarını hər zərrəmlə hiss etdiyim bir həyat hekayəsidir... Cinsiyyətindən asılı olmayaraq, insanlıq duyğusunu itirməyən hər kəsin oxuyanda sarsılacağı, düşüncələrinə yenidən baxacağı həssas bir həyatdır...
Səhra ÇiçəyiWaris Dirie · Qanun Nəşriyyatı · 201411,7bin okunma
·
51 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.