Mövzusu çox maraqlı gəlmişdi. Qətiyyən oxuduğuma peşman olmadım. Baş rolunda yeniyetmə və ya uşaq olan kitabları oxumağı çox sevirəm. Bu kitabdakı qəhramanımız isə məktəbli bir yeniyetmədir. Onun başına gələn isə səhv zamanda səhv yerdə olması nəticəsi ilə günahkar bilinib, işləmə kampına göndərilməsidir. İllərdi böyük böyük babasının domuz oğurlamasından bəri lənətlənmiş bu nəslin tək oğlan övladlarının daim başına bir şey gəlir. Amma onların ən pis tərəfi bu deil. Onlar hələ də yaxşı şeylərin olacağına inanırlar və buna baxmayaraq hər dəfə ümidlərin puç olması onları daha da kədərləndirir. İndi gələk bizim baş rolan görəsən onun göndərildi Yeşil göl kampı onun həyatında necə böyük dəyişiklər özü ilə birgə gətirəcək. Amma adındakı yaşıl və göl sözləri belə yalan olan bu kamp nə dərəcə yaxşı şeylər gətirə bilər bu özü də bir biliməzlikdir.
Açığı kitabda keçmiş və gələcəyi bir birini bağlıyam parçalar insanda sanki puzzle düzəldirmiş hissi yaradır. Hər yeni məlumat ilə həm geçmiş həm günümüz barəsində maraqlınırdım. Sonda bu iki zaman diliminin bir birinə ustalıqla bağlanması isə başlı başına yadda qalan hadisə idi. Məncə oxumuyanlar bir şans versin.