Gönderi

Kimsəsizlər evindəki bir uşaq Gecə quran oxuyaraq dırnağını yeyirdi... Və Allaha deyirdi; "Anam ölüb, yoxsa canı qurtarıb? Neçə vaxtdır döyülmür... Görən, indi belindəki göyərtilər sağalıb? Sol dizində sıyrıq vardı-o qalıb?" Bir az susub, yenə dedi Allaha; Qucağımda göndərdiyin kitab var, Yazmısan ki cənnətdə də şərab var, Atam ora düşəcəksə, gizlə şərab şüşəsin! Ya da anam ordadısa, atam ora düşməsin... ✍İlkin Ziya
Şiir
·1 alıntı·
268 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Burada da görmək sevindirdi) Təşəkkür!