Etiraf etmək lazımdır ki, kitaba başlayarkən böyük bir gözləntim yox idi. Amma kitab demək olar ki, gözləntilərimi qarşıladı. Seçilmiş mövzu əladır və hadisələrin gedişatı yerli-yerindədir. Kitabın sonu isə məndə böyük təəccüb doğurdu. Verdiyi mesaj isə möhtəşəmdir. Kitab sadə dillə yazılıb və əgər “reading slump”dasınızsa, əla bir çıxış yoludur. Sadəcə düşünürəm ki, kitabın sonu “tez-tələsik” yazılmış kimidir. Sirr Kitabı