Gönderi

Puan vermedi·224 syf.··
2024 8. kitabı
·
22 saatte okudu
·
Okunma: 17 Ağustos 2024 18:27
Varis Yolçuyevin qələmindən oxuduğum ilk əsərdir. Kədər və hüznlə bitən sevgi hekayəsi. Kitabda müxtəlif zamanlarda baş vermiş, müxtəlif sevgi hekayələri var. Məsələn, Sənubər ilə Anar , Alya ilə İsmayıl, Şəhla ilə Həsən və indiki dövrdən olan bir çox məktəbli sevgililər. Lakin yazıçı hekayədə əsas diqqəti Ayla və İsmayılın üzərinə çəkib. İmkanlı ailədən olan evin tək qızı Ayla kasıb ailədən olan şair İsmayılı sevir. Kitab demək olar ki, valideynlər üçün yazılıb. Yazıçı sevginin günah olmadığını, sevənlərin qovuşmalı olduğunu diqqət mərkəzində saxlasa da, Azərbaycanda 20% valideynin kitab oxuduğunu hər birimiz yaxşı bilirik. Əsərdə ən çox sevdiyim isə müxtəlif alimlərdən, yazıçılardan, psixoloqlardan gətirilən sitatlar oldu. Və yazıçı bir daha sübut etdi ki, əsl sevgi maddiyyata baxmır. Ancaq indiki dövrdə mənəviyyat maddiyata məğlub olub. Uzaqdan gələn yağış elə gözəl yağırdı ki... Uzaqdan Gələn YağışUzaqdan Gələn Yağış VarisVaris
Uzaqdan Gələn YağışVaris · Teas Press Neşriyat · 2018493 okunma
·
53 Gösterim
Yorumlar
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.