Kitab yazardan oxuduğum ilk kitab idi və tərzini sevdim. Kitabdakı tvvitter dialoqları, facebook, sosial medianın necə bəzən acımasızsa insanları mühakimə etdiyini göstərirdi. Mövzu isə 8 yaşlı Daisynin ailənin parti orqanizasiya etdiyi gün itməsi ilə başlayır. Polis araşdırmalara davam etdikcə çox fərqli detalları anlayır ailə ilə bağlı. Kitabda bəyənmədiyim bir neçə nüans var idi. Əsasən chapter-lərin qəfil bitməsi, şübhəli ən əsas sözü deyəcəyi zaman bölüm bitir flashback olaraq başqa səhnəyə keçid edilirdi və bu bəzən çox əsəbpozurdu. Digər bir məsələ isə məncə hər kəs detektiv kitab oxuyarkən qatili tapmağa çalışır və sonunda qatilin bütün kitab boyu gözünün önündə olduğunu, əslində bəzi detalları görmədiyini bilir. Amma bu kitabda elə deyildi. Qatili təxmin etmək mümkünsüz idi. Daisy özü isə 8 yaşa görə çox sevimsiz bir personaj idi. Məncə heç bir 8 yaşlı bu dialoqları istifadə etməz. Ümumilikdə isə kitab özünü oxudurdu. Yazarın digər kitablarını da oxumağa başlayacam.