8/10
·400 syf.··
2024 32. kitabı
Kitab "close to home" kitabından sonra daha maraqlı və axıcı idi, yorucu hissələr yox idi. Ən əsası isə həqiqətən çox maraqlı idi. Son səhifəsinə qədər həyəcanı saxlayır, tam qatili tapdılar deyirsən sonra görürsən ki kitabın hələ ortalarındasan və deməli qatil bu deyil)) yenə ən başa qayıdırsan. Ən son səhifələrində isə artıq nəsə olmaz deyirsən və bu zaman da nəsə olur. Heç vaxt təbii ki real polis işi ilə tanış olmamışam amma düşünürəm ki real araşdırma da təqribən belə olur. Digər kitablar ki bam bam bam qatili tapmırlar. Cara Hunterin digər kitabı kimi burda da qatilin tam cəzalanmaması bir az əsəb pozucudur. Amma hər şeyə rəğmən oxuduğum detektivlər ən maraqlılarından biri oldu bu kitab. 10 bal verməmə səbəbim isə detektiv kitablara tam bal vermək bir az mümkün olmur. Detektiv kitablar nə qədər də maraqlı olsalar da insana nəsə qatmır, hisslər oyandırmır.Bəlkə də bir az qərəzli yanaşmadır. Kitabın mənə qatdığı isə sociopath vs psychopath arasındaki fərqi öyrənməm oldu. psychopath doğuşdan elə olur, sociapathlər kimi travma sonrası belə olmurlar.psychopathlar isə bəzən həyatları boyu əllərinə şans düşməyə bilər criminal olmaq üçün və normal (bəlkə də biraz narsist) insan kimi davam edə bilərlər həyatlarına. Hekayəyə gələndə isə bu hekayədə yanan Hannah Və Rob Gardiner oldu. Xüsusən Robun interviewsu zamanı başına gələnlər ürəyimi ağrıtdı. Yazarın başqa kitablarını da oxumağa davam edəcəm. Kitabla qalın və nanny işə götürəndə çox araşdırın, bacardıqca toksik,narsist insanlardan uzaq durun.
In the DarkCara Hunter · Penguin Books · 20192 okunma
·
50 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.