Nə qədər vaxtın keçməsi vacib deyil.
Nə qədər dəyişdiyin vacib deyil.
Səssizlik səni dəli etməkdə davam edəcək.
Və dəhşətin soyuq pəncəsini hiss edəcəksən.
Vulf Dorn yenə gözləntiləri qarşılamağa davam edir. Kitaba başladığım ilk andan bitirənədək əlimdən yerə qoymaq istəmirdim. Düşünürsənki "bu bölümü də oxuyum, fasilə edərəm" ama alınmır. Hər bölüm sonu çox maraqlı bitir və digər bölümə keçmə istəyi yaranır. Kitabı çox bəyəndim. Vulf Dorn ən sevimli yazarlarımdan biri olmağa davam edir. Oxucuları mükəmməl psixoloji macəraya sürükləyən bu kitabı dedektiv tərzi kitab sevənlər zövqlə oxuya bilərlər.
Kitabın mövzusu: Psixiatr Yan Forstnerin nikahı uğursuz alınır. O, arvadından boşanandan sonra işini də itirir və doğulub boya-başa çatdığı Falenberqə qayıdır. Onun kiçik qardaşı 23 il əvvəl izsiz-tozsuz yoxa çıxıb, bundan az sonra isə atası dəhşətli aftomobil qəzasında ölüb. Qardaşının qəfildən itməsi, onun taleyinin naməlum qalması, atasının isə qorxunc aqibəti Yana ağır psixoloji zərbə olur, başına gələn bu kabuslardan qurtulmaq və normal həyata qayıtmaq istəyir. Amma klinikada bir xəstə intihar edəndən sonra Yan 23 ildir gizli qalmış dəhşətli sirri açmağa qərar verir və araşdırmalara başlayır.