Gönderi

Puan vermedi·400 syf.··
2024 18. kitabı
·
12 günde okudu
·
Okunma: 23 Ağustos 2024 00:07
ɢᴇᴄᴇ ᴋᴜʀᴛʟᴀʀıɴᴅıʀ. ᴋᴜʀᴛʟᴀʀᴀ ʏᴀᴋᴀʟᴀɴıʀsᴀɴ sᴏɴsᴜᴢᴀ ᴅᴇᴋ ᴋᴀʏʙᴏʟᴍᴜşsᴜɴ ᴅᴇᴍᴇᴋᴛɪʀ. Roman psixoloji triller janrındadır. Əsərin baş qəhrəmanı 16 yaşlı Simondur. Ana və atasını yol qəzasında itirən Simon bir müddət xəstəxanada müalicə alır. Baş qəhrəman həm faciəvi qəzadan xilas ola bildiyi, həm də hadisələrin necə baş verdiyini xatırlaya bilmədiyi üçün vicdan əzabı çəkir. Bibisi Tilia və qardaşı Mike'la yaşayaraq yeni həyatına adaptasiya olmağa çalışan Simonu bu dəfə də kabuslar rahat buraxmır. Simon məktəbdə Caro adlı qızla dostluq etməyə başlayır. Onların "normal" həyatı bir qızın itkin düşməsi ilə alt-üst olur. Bir müddət sonra Melinanın, yəni Mike'ın sevdiyi qızın döyülərək ağır zərbələr alması xəbəri bu hadisələrin kulminasiya nöqtəsinə çevrilir. İki dost Fahlenbergdə baş verən qorxunc hadisələrin səbəbkarı olan naməlum adamı tapmağı qarşıya məqsəd qoyub araşdırma aparırlar. Simon onu tapa biləcəkmi, yoxsa hadisələr, əslində, Simonun düşündüyündən də fərqli bir istiqamət alır? Kitab haqqında başqa oxucuların analizlərini araşdıranda diqqətimi çəkən ortaq bir fikir var idi: oxucuların çoxu qeyd edir ki, müəllifin bu kitabı digər kitablarına nəzərən sönük qalır. "Karabasan" müəllifdən oxuduğum 6-cı kitabdır. Belə ki, müəllifin qələmi ilə, yazı tərzi ilə tanışam. Əsəri oxuduqdan sonra düşündüm ki, ilk kitabını oxuduğum zaman hiss etdiyim duyğular, gərgin aura, həyəcan və təəccüb getdikcə azalır. Biz - oxucular kitabı oxuduqca müəllifdən daha həyəcanlı səhnələr, daha gərgin sonluq gözləyirik. Amma bəlkə də müəllifin tərzinə öyrəşdiyimiz üçün hadisələrin gedişatı, final səhnəsi bizə təəccüblü gəlməməyə başlayır. Sözün düzü, bundan əvvəl oxuduğum kitabları daha çox bəyənmişdim, amma yenə də "Karabasan" bu janrı sevənlər üçün müvafiq seçim ola bilər. Hər kəsə xoş mütaliələr!
1000Kitap
KarabasanWulf Dorn · Pegasus Yayınları · 20162,623 okunma
·
86 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.