Salam Sarvan oxumaq sadə adamların gündəlik həyatını oxumaq kimidir. Nakam sevgidən, işsizlikdən yazan, yerdən göydəkilərə söz göndərən, sözləri oyuncaq kimi oynadan adam... Sözlərlə oynamağı mən də sevirəm, yəqin ona görə yaxın gəlir qələmi mənə. Bir də ki eyni bürcdənik )
"Şir bürcü, At ili, İt günü.."
Salam əmini oxuyanda Ayşe Museyib düşür yadıma. Onlu günlərim, güc-bəlayla yazdığımız magistr dissertasiyası, yolun ortasında şeir oxumaqlarımız filan...
(Mənim kitab təhlillərimdən çox şey gözləməyin. Çoxu dəfələrlə oxuduğum kitablardı. Mən daha çox xatirələrim canlansın deyə oxuyuram.)