·52 syf.····Okunma: 23 Ağustos 2024 23:00 Kitabda iki qısa hekayə yer alır. Hər ikisi barədə ayrıca yazacam.
"Qırmızı alma"da həyat yoldaşından boşanmağa çox yaxın olan və bunu azyaşlı qızına deməyə çalışan bir atanın dilindən oxuyuruq hadisələri. Onun düşündükləri, xatirələri çox axıcı tərzdə çatdırılır oxucuya. Bir qırmızı almanın onun yadına saldığı xatirə isə çox gözəl təsvir olunmuşdu. Bu təsviri Svayqın "Şahmat"ındakı oğurluq səhnəsinə bənzətdim. Ümumilikdə, kiçik hekayədə elə dərin cümlələri yerləşmək də xüsusi təcrübə və istedad tələb edir. Bu səbəbdəndir ki, çox sevirəm Aytmatovun qələmini.
"Oğulla görüş" də yenə bir atanın xatirələri ətrafında cərəyan edir. İllər öncə edilmiş səhv, illər boyu bu səhvlə yaşamaq və qəfil o səhvi "düzəltmək" üçün edilən cəhd. Hekayəni belə xülasə etmək olar.
Hər iki hekayəni bəyəndim, oxumağa dəyər. Aytmatovun kitablarının hamısını birdən oxuyub bitirmək istəmirəm ki, yavaş-yavaş həzz alım)). Növbəti kitabda görüşənədək :)