Gönderi

9/10
·208 syf.··
2024 23. kitabı
Spoiler var. Bir dünya düşünün, yanğınsöndürənlər yanğını söndürməkdənsə, yanğın törədirlər. Kitablar yandırılır, insanlar heç nəyi düşünmür və sorğulamır. Özlərinin öz əlləri ilə qurduqları sistem onların zehnini lazımsız şeylərlə məşğul tutub düşünməmələri üçün əlindən gələni edir... 1953-cü ildə yazılmış "Farenheit 451" gələcək dünyadan bəhs edən distopik bir romandır. Hər şey Klarissanın Monteqə "xoşbəxtsənmi?" sualını verməsi ilə başlayır. Monteq bu sual üzərində düşündükcə hislərini, yaşadığı həyatı sorğulamağa başlayır. Özü də bir "yanğınsöndürən" olan baş qəhrəmanımızın həyatındakı qırılma nöqtəsi isə evindəki kitabları yandırmağa getdiyi bir qadının özünü kitablara fəda etməsi, onlarla birgə yanmağa razı gəlməsi olur. Əsərdə təsvir olunanların müasir dünya ilə üst-üstə düşən çox məqamları var. Bugünkü dünyamızda da insanların az sayılmayacaq bir qismi düşünməyi, sorğulamağı buraxıb və özlərini sosial media adlanan virtual dünyanın içinə həbs edərək öz həyatlarından başqa hər kəsin həyatları ilə maraqlanırlar. Hamı eyniləşir, ünsiyyət getdikcə azalır. Zehin həmişə "fikir dağıdan" ünsürlərlə məşğul tutulur. Dayanmaq, durub düşünmək nədir, çox insan unudub, ağlasığmaz bir sürətin içində itib batıb. 70 il öncə yazılmış bir əsərin bu günümüzə bu qədər uyğun gəlməsi insanı həm təəccübləndirir, həm də qorxudur. "1984" kitabında bəhs edildiyi kimi, bu distopiyada da cəhalət xoşbəxtlik hesab olunur. Kitab oxumaq insanları düşündürür, düşünmək isə melanxoliyaya, bədbəxtliyə gətirib çıxarır, onlar da xoşbəxtliyin yolunu kitab oxumamaqda və bilavasitə düşünməməkdə tapıblar. Məncə, bir distopiya romanına görə nisbətən xoşbəxt sonla bitir. Bombardman nəticəsində şəhərlər məhv olur və Monteqin də içində olduğu bir qrup elmli şəxs həyatı yenidən qurmaq üçün yola düşürlər. Yeni dünyada isə, ilk növbədə, televizor əvəzinə güzgü istehsal edilməsinə qərar verirlər, insanların başqalarının həyatlarına deyil, özlərinə, öz həyatlarına baxması üçün. Kitabda simvollardan istifadə olunması çox xoşuma gəldi: Farenheyt şkalası ilə 451 dərəcə kağızın yandığı dərəcədir və bu da kitabın adında öz əksini tapıb. Monteq adı kağız istehsal edən firmanın, Faber isə karandaş markası olan "Faber-Castell"in adını simvolizə edir. Yəni, Monteqin beyni ağ kağız kimi idi, Faber o ağ kağıza yeni fikirlər yazdı. Kitabın ötürdüyü gərginlik gözlədiyimdən daha az oldu. Bunun xaricində, kifayət qədər gözləntilərimi qarşıladı və ən əsası düşündürdü.
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 2019108,3bin okunma
·
25 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.