Öz İkiqayımı unutmuşdum...
10/10
·228 syf.··
Beğendi
·
2024 7. kitabı
·
17 günde okudu
·
Okunma: 22 Ağustos 2024 00:00
Daha öncə hansısa bir şəxsi inkişaf kitabını ağlayaraq bitəcəyini düşünmürdüm. İkiqay mənə bir terapiya kimi gəldi. Kitaba başlayanda xüsusi bir məqsədim yox idi, düşünürdüm ki mən artıq həyatımın planını qurmuşam. Bu isə sadəcə təkmilləşdirmək üçündü. Kitabı oxuduğum zamanda da planlamaya əlavə edə biləcəyim hissələri qeydə alanda sadə bir kitab olduğunu düşünürdüm. Maraqlı idi, amma son 50 səhi İkiqay fəsinə çatanda mən sanki həqiqətən bu səfər bir oyanış yaşadım. İxtisasını 6 yaşında seçmiş biri olaraq, bütün uşaqlığı bu ixtisasa sahib olmaq üçün çabalayan birindən , günümüzün şərtlərində bunu sadəcə daha yaxşı qazanmaq (maddiyyat) üçün istifadə etdiyimin və son günlərdə bu vəziyyətin məni öz İkiqayımdan uzaqlaşdırdığının fərqinə vardım. Kitabı göz yaşları içində bitirdim... Mənə görə yaş fərqi olmadan hər kəsin 1 dəfə oxumağı olduğu kitablar sırasındadır. Aytac Əzizbəy
1000Kitap
İkiqayFrancesc Miralles · Bakı, Teas Press Nəşriyyatı · 202424bin okunma
·
16 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.