10/10
·880 syf.··
Beğendi
·
2024 9. kitabı
·
42 günde okudu
·
Okunma: 23 Ağustos 2024 14:17
Sevgi məsummu, safmı, özmü? Kitab insana çox dərindən təsir edir. Daha oxuduğunuz ilk andan başlayaraq içinə alan və maraqlı, çox süjetli olması ilə sanki bir çox seriyalı film izləyirmişsiniz kimi hər şey insanın önünüzdə canlanır. Sevginin qaranlıq tərəfini çox gözəl işləyən bu kitabda biz sevginin heç də məsum olmadığını və ona görə atılan qurbanların sonra insanın həyatına necə ağır təsirlər edə biləcəyini görürük. Hər şeyi sorgulamağa və nəyin yalnış olub olmağını anlamağa çalışmağa başlayırıq. Çünki sevgi belə yanlış yönəldikdə gözlənilən xoşbəxliyi gətirmir. Yoxsa Anna Karenina bu qədər xoşbəxt, ətrafına işıq, sevgi saçan, xoş xasiyyəti ilə rahatlıqla insanların dostluğunu qazanan biri ikən necə bu qədər bədbəxt birinə dönüşə bildi? Əsərdə bir çox personaj məharətlə işlənilir. Onlardan biridə Levindir. Onun sonda hər şeyi anlamağa çalışması, sorğulaması tam da əsərə gözlənilən qapanışı verir. Anna Karenina həqiqətən bir şahəsərdir. Hər kəsin heç düşünmədən oxumasını tövsiyə edirəm. Xoş mütailələr!
Anna KareninaLev Tolstoy · Bakı, Teas Press Nəşriyyatı · 202355,6bin okunma
·
53 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.