Başlanğıcı və sonunu çox insan bilir, eynilə həyatımızın başlanğıcı və sonu kimi.
Bir söz var bəzi kitabları anlamaq üçün sadəcə oxumaq kifayət etmir , bunun üçün yığılmış bir məlumat bazasına və dünyagörüşünə ehtiyac var. Həddindən artıq şişirdilmiş əsərlər çoxdur , lakin bəzi əsərlər və yazıçılar bunun haqqını verir , biz də buna hörmət olaraq bu kitabları sadəcə oxumaq üçün oxumamalıyıq.
Bu kitaba yanaşmam bu şəkildə oldu , anlamağa çalışdım. Əsər böyük bir sevgi romanı olaraq adlandırılsa da , o böyüdülmüş , dərin , iztirablı sevgini çox da hiss etmədim. Lakin ictimai, siyasi, fəlsəfi, dini, sosial nöqtələrə çox qəşəng vurğular var . Bunları anlamaq və tam olaraq Tolstoyun nə dediyini başa düşmək üçün həm geniş dünyagörüşü , həm də o dövrün tarixi və ictimai-siyasi həyatı haqqında məlumat sahibi olmaq lazımdır.
Hadisələrin paralelində obrazların daxili-mənəvi dünyası çox böyük ustalıqla təsvir olunub. İnsanın öz məni ilə mübarizəsini hiss etdirməyi bacarır.
Daha dərin olduğunu düşünüdüyüm əsərlər oxudum. Deməli ya hələ hazır deyiləm , ya gözləntim yüksək imiş , ya da mənim baxışımla tam uyğunlaşmayıb.
Bu kitabı bir cümlə ilə ifadə etsəm : " İnsanın axtarışları daim dəyişir və heç bir zaman daimi xoşbəxtlik tapmır" .
Bu kitabı oxuyun , lakin hazır olduğunuz , anlamaq istədiyiniz və mütaliəyə geniş bir zaman ayıra biləcəyiniz bir vaxt seçin.