9/10
·183 syf.··
Beğendi
·
2024 277. kitabı
·
7 günde okudu
·
Okunma: 28 Ağustos 2024 15:09
Bu kitabın DiCaprio'lu, Tobey Maguire'li, Carey Mulligan'lı 2013-cü il film adaptasiyasını izləməsəniz belə mütləq Tv'də görmüsünüz. Görməmisinizsə belə, internetdə qarşınıza filmə aid ikonik səhnələrdən, posterlərdən fotolar və gif'lər çıxmış olar. O filmi sona qədər izləməsəm də, ana hekayə barədə məlumatım olduğu üçün bu kitab barədə çox yüksək gözləntim yox idi açığı. Sadəcə zaman keçsin, oxumuş olum, iş görərkən səssizlikdə Storytel'dən dinləyim deyə başlamışdım. Həmçinin, düşüncəsi, zövqü ilə diqqətimi çəkən, sayğı duyduğum yerli bir yazıçı - Naiq Babayev ("Kor Nöqtə" kitabı) ən çox sevdiyi kitab kimi bir neçə əsərlə birgə bu əsərin adını çəkmiş, xüsusi vurğulamışdı. O vaxtdan o söhbət ağlımda qalmışdı və açığı bir tərəfdən də, bu insanın bu hekayədə nə tapmış olduğunu kəşf etmək istəyirdim. Əsəri bir müddət neytral şəkildə oxudum / dinlədim. 10 üstündən 6-7 verərdim, yəqin ki. Ancaq hekayənin sonunu bilmirdim, daha doğrusu, çox yanlış zənn edirdim, gözləmədiyim bir gedişat və həqiqətən təsirli bir sonluq oldu. Mutsuz-mutsuz oturmuşam bayaqdan.:d Klassikalarda adətən yaxşı və pis insan ayırımı çox kəskin olur. Ümumiyyətlə, "saflar" və "nifrətdolulular" şəklində yazılmış hər kitab, hər film, serial məni çox qıcıqlandırır. Keçmiş dövr üçün haradasa başa düşüləndi deyəcəm, amma indinin özündə belə bu cür yazılır obrazlar. "The Great Gatsby"də isə əsas personajların hamısı kompleks obrazlardılar. Tam olaraq, yaxşı və ya pis olduqlarını demək olmur. Yazıçı hekayənin sonunda heç kimin məsumluğunu ilahi bir mərtəbəyə çıxartmır, ya da kiminsə sadəcə özünü düşünməsini, intiqam almasını, instinktiv davranışlar göstərməsini qeyri-adi, görülməmiş bir hadisə kimi təsvir etmir, dəhşətə gəlmir. Hətta sanki hər insanın içində bir nöqtədə hər zaman özünü düşünəcəyini, özünü seçəcəyini, heç kim, heç bir yer, ideya, arzu uğruna özündən bu dərəcə keçməyə, həyatını fəda etməyə lüzum olmadığını göstərir. Hekayə üstünə uzun-uzun düşünmək və danışmaq olar, həqiqətən. Bildiyim qədəriylə müvafiq film adaptasiyası kitab ilə birəbir üstüstə düşür. Ancaq üç sevimli aktyorum və əsərdə təsvir edilənləri vizual görmə həvəsim böyük ehtimalla, o filmi mənə izlətdirəcək.:d Amma siz ilk növbədə kitabı oxuyun, məncə. Modern klassikalar arasında ən çox bəyəndiklərimdən, oxunmağa, satılmağa, abartılmağa (ağını çıxartmamaq şərti ilə, təbii ki) layiq olduğunu düşündüyüm oldu.<3 Belə. Hələlik.
1000Kitap
Muhteşem GatsbyF. Scott Fitzgerald · Türkiye İş Bankası Kültür Yayınları · 202527bin okunma
·
106 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Ən tez zamanda oxumalıyam mən də 🫠
(Ahahaha özümü hansısa nəşriyyatın kitabına rəy yazmış istənilən insta-bloqqerin postunun altına "mən də əldə edəcəm, oxuyacam" deyən, amma israrla kitabın hədiyyə gəlməsini gözləyən parazit oxucular kimi hiss elədim)
carmilla
Gönderi Sahibi
İnci Zadə , hə, nə yalan deyim, çox süni, qeyri-səmimi rəy oldu ahahahahahajajjs
@tinuvielsdiary , amma ciddiydim hahahaha
Əllərinə sağlıqq💕