Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

pah atonnan,nə ağır yatdı bu oğlan,ölübə!
Pa atonnan, nə ağır yatdı bu oğlan, ölübə! Nə də tərpənməyir üstündəki yorğan, ölübə! Bu qədər qışqırığa durdu qonum-qonşu təmam, Dəbərişməz də, veribdir, deyəsən, can, ölübə! Demək olmaz dirilər tək yatıb, əlbət, duracaq, Ölülər yatmağıdır, yox buna payan, ölübə! Çox sovuqdur çıxan ahəstəcə tək-tək nəfəsi, Bədənində donuşub, laxtalanıb qan, ölübə! Cumuxub canına bitlər, birələr, hiss edəmir, Çalsa əqrəb də hənuz eyləməz amman, ölübə! Hansı bir doktora ərz etdim onun illətini, Dedi: çək bundan əlin, boşla, bu çoxdan ölübə! Nə masaj ilə, nə məsnui-tənəffüslə bunun Və nə dağ ilə olur dərdinə dərman, ölübə! Bunu hətta düşünüb cümlə müsəlman uşağı Нər vilayətdə deyirlər: pa atonnan, ölübə! Məzəli lap bu ki, bir parə urus damaları Qoşulub bunlara derlər ki: müsəlman ölübə! Aman, ay Molla dayı, bir kitab açdır, fala bax, Tapmasan çarəsini sən də de ordan: ölübə!
·
58 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.