Cara Hunter kitablarını oxumağa davam edirəm. Kitab iki yeniyetmə qızın başına gələnlər haqqındadır. Araşdırmalar zamanı müxtəlif istiqamətlərdə təhqiqatlar davam etsə də ən sonda gözlənilməz son yaşandı. Vəhşicəsinə qətl edən hətta öncəsində təcavüz olunaraq öldürülən cinayət qurbanına bütün bunları yaşadan ən yaxın dostları-15 yaşlı 4 qız imiş. Təbii ki real həyatda da belə insanların varlığına inanıram amma bu hekayədə bütün bunlar şişirdilmiş gəldi mənə. Və ya polis təcavüz olduğunu düşünüb forensics də bunu niyə təsdiq etmədi o zaman? Qızların Sashanı belə vəhşicəsinə öldürmə səbəbi sadəcə qısqancıq idi? Belə detallı ölüm düşünmək sonra isə belə rahatca uzun müddət polisdən yayına bilmək. Bütün bunlara görə kitabı bir az digərlərindən az sevdim amma yenə də Adam Favvley team ə görə oxumağa dəyər. Epiloq isə növbəti kitabı oxumağa adamı sövq edir.
Kitabla qalın və dost seçiminə extra diqqət edin.