7/10
·112 syf.··
Beğendi
·
2024 18. kitabı
Çoxdan oxumuşdum. Bu səfərdə müzakirə üçün dinlədim. Birinci dəfə oxuyanda əsərdə boşluq varmış kimi düşünmüşdüm. Ancaq yazıldığı dönəmin müharibə vaxtı olduğundan , indi anladım. Yəqin ki , ölümlər ,müharibənin sosial və iqtisadi təsirlərindən qaynaqlanaraq insana hər şey yad gəlir. Insan həyatdan soyuyur ,tutulacaq bir yeri olmur. Həyatda məqsədi yoxdur, mənasız baxır. Ölümün bir addımlığında, artıq bir dəyəri olmalı olduğunu , özündən sonraya bir iz qoyub -qoymadığını anlayır. O anda son çırpınışlar fayda verirmi, vermirmi artıq dünyasını dəyişən bilir və ya bəlkə də onu son səfərinə yola salanlardan ,həmin insanı tez-tez yad edənlərdən sağ qalanlar bilir. Bir insanın həyata gəlməsinin məqsədi nədir? Bizi dəyərli edən və ya dəyərimizi artıran nədir? Özümüzün dəyərlərimiz nədir? Bunun üçün nələr edirik? Bu bizə xoşbəxtlik verirmi? Xoşbəxtlik nədir? Biz özümüz formalaşdiririq, yoxsa bizim üçün başqası formalaşdîrır? Kitab bu sualları yaratdı. Müzakirədə nələr olacaq? Görəcəyik.
YabancıAlbert Camus · Can Yayınları · 2025137,4bin okunma
·
17 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.