Gönderi

Puan vermedi·400 syf.··
2024 39. kitabı
·
4 günde okudu
·
Okunma: 03 Eylül 2024 00:30
4 insanın qətli və bütün qətllərin səbəbkarı kişi olduğu halda qatil 2 xanımdır: biri bu qətllərə səbəb olan kişinin sevdiyi hamilə bir xanım və digəri o kişinin bacısı. Son 150 səhifədə insan ciddən ki şok üstünə şok yaşayır.Bu kitabda hər şey var: təhsil, iş həyatı, ailə münasibətləri, insan taleləri, qadına cəmiyyətin baxışı, şantaj, hiylə, yalan, xəyanət, işinə sevgi, həqiqi sevginin ülviliyi, ağrı, yaralar və s. və s. Mürşüd Mehdinin ilk qələm təcrübəsidir. Amma oxuyanda illərin təcrübəli yazıçısı kimi bir təəssürat yaranır insanda. Film dadında, unutmaq istəmədiyiniz və unuda bilməyəcəyiniz bir kitab istəyirsinizsə, MÜTLƏQ oxuyun. MÜKƏMMƏL süjet və ssenari ilə beyninizdən silinməyəcəkdir. P.S.məktəblinin, tələbənin, müəllimin, bir sözlə, cəmiyyətdə hər kəsin rahatlıqla oxuyacağı və sevəcəyi kitabdır.
Məktubdakı QadınMürşüd Mehdi · Qanun Nəşriyyatı · 2024265 okunma
·
162 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.