·121 syf.··Beğendi
···Okunma: 03 Eylül 2024 11:59 Müəllifini uzun illər tanımasam bəlkə də kitabı oxumazdım. Hətta heç mövzusu haqqında da maraqlanmazdım. Çünki haqqında çox reklam, çox paylaşım olmayan yeni çıxmış bir kitabdır "Halqa" əslində buna görə sizə biraz kitabdan danışacam ki, sizdə mütləq əldə edib oxuyun
"Halqa" cəmiyyətdəki problemlərdən, cəmiyyətin görünməyən tərəflərindən danışan, 3 hissəli bir romandır. 3 hissəsidə bir-birinə bağlı olmasada kitabı oxuyanda müəllifin yaradıcılığını, öz dəsti-xəttini hiss edirsiniz. Hər hekayədə ki, insanların oxşar cəhətləri, oxşar problemləri, oxşar çıxış yolları var. Hekayələri oxuduqca bəzən ilk səhifəsində bəzən ortasında "aha sonluğu belə bitəcək" deyirdim,amma hər hekayədə tərs köşə olurdu. Çünki heç biri təxmin etdiyim kimi deyildi. Əslində Halqada olan heç bir hekayənin tam sonu yoxdur, çünki hər sonun özü bir başlanğıcdır. Düşünürəm ki, aydın bilinən sonun olmaması, əslində müəllifin bizə analitik zəkamıza ötürdüyü bir siqnaldı.
Spoiler olmaması üçün kitab haqqında çox danışmaq istəmirəm. Amma alıntılar hesabdan baxa bilərsiniz.