8/10
·192 syf.··
Beğendi
·
2024 4. kitabı
Salam Qədirzadənin “Ulduzlar sayrışanda” əsərini oxuyub bitirdim. Yazıçının dili çox sadədir, axıcıdır. Yeni nəşrlə, yeni dizaynla yazıçının əsərlərinə yenidən həyat verib Xan nəşriyyatı. Roman gənc bir jurnalistin öz ətrafını, bütövlükdə cəmiyyəti necə dəyişməyə çalışması ilə yanaşı onun şəxsi həyatına da fokuslanır, faciəvi sevgi hekayətini oxuculara təsirli bir dillə anladır. Neçə il əvvəl öz məhəbbətini xərçəngə uduzmuş Ərdost bu dəfə sevgini eyni simada, amma başqa insanda tapır. Eldost sevgisinə müsbət cavab ala biləcəkmi? Bəs ucqar dağ kəndində başına başqa hansı macəralar gələcək? Kitabda bir roman və bir “Ömrün təzə illəri” povesti var. Povestdə yanlış yola sapan baş qəhrəman nəhayət, öz səhvini anlayır və hər şeyi yoluna qoymağa çalışır. Bir qızın saf məhəbbəti onu uçuruma yuvarlanmaqdan xilas edir. P.S. Hər iki əsərdə sevgi qalib gəlir. Sevgi insanı dəyişdirir, düzəldir, xilas edir. Ərdostu yenidən həyata bağlayan saf sevgi və əzmi olur. Bütün hallarda doğru olan qazanır. Mübarizəndə düzsənsə romandakı şofer İsgəndər kimi əvvəl axır sənin üçün də yaşıl işıq yanacaq. Buna inanmaq və həvəsdən düşməmək lazımdır. Qarşınıza qoyduğunuz hədəflərinizə çatmanız diləyi ilə hamıya xoş mütaliələr
Ulduzlar SayrışandaSalam Qadirzade · Xan Yayınevi · 20245 okunma
·
56 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.