·490 syf.····Okunma: 04 Eylül 2024 22:57 Cek London'mu Martin İden'i yazdı? Yoxsa Martin İden'mi Cek Londonu...
Həyatım boyu oxuduğum ən mükəmməl kitablardan biri hətta bəlkə də ən yaxşı kitab deyərdim.
Bitdi bu gün Martin.. Sanki ən yaxın dostumdan ayrılmış kimi oldum. Kitabı gözyaşları ilə bitirdim. Ah Martin! Sənə məst olmamaq əldə deyil. İnsanların bütün iç üzünü açıb tökən. Pul üçün, şöhrət üçün nələrini fəda edə biləcəklərini göstərən bu kitabı oxumadan ölməyin. Tək istəyi dəyər görmək olan Martinin çətinliklərə rəğmən məqsədindən dönməməsi çox böyük dərs verir insana.. Məqsədinə çatdıqdan sonra da insanların onun şöhrətinə saxta sevgi göstərməsi.. O kasıb ama eyni xarakterdə olduğunda isə heç kimin onu saymamış olması isə Martini dərin düşüncələrə aparır. Hətta imkanlı olduqdan sonra belə kasıb olanda ona əl tutan hərkəsə kömək etməsi necə gözəl qəlbi olduğunu birdə subut edir. Həssas qəlblərin yeri deyil bura.. Eh Martin! Dünya həssas qəlblər üçün cəhənnəmdir.
Yorulub əbədi bir intizardan,
Yorulub şən keçən məclisdə də biz.
Qorxusuz, arzusuz ömr edən zaman,
Bütün tanrılara könüllərimiz
Dualar eləyir, nə var ki, ürək.
Gec, ya tez, əbədi susan ürəkdir.
Nə var ki, çaylar da axıb keçərək,
Dənizdə lal, hamar görünəcəkdir.