·311 syf.··Beğendi
···Okunma: 13 Haziran 2024 00:48 Kitabı təsadüf şəklində sərgilərin birində almışdım. Kitabı almadan öncə nə müəllifi tanıyırdım, nə də kitab haqqında hər hansısa bir bilgim yox idi. Lakin dizaynı və 16 şəxsiyyət tipi haqqında olması diqqətimi çəkmişdi. Ümumi olaraq kitabın faydalı olduğunu, həqiqətən də həyatımıza tətbiq etdiyimiz zaman müəyyən qədər irəli gedə, inkişaf edə biləcəyimizi düşünürəm.
Çözümün dili rahat, axıcı idi. Lakin kitabda müəllifin çox sayda bilgiləri qeyd etməsi, biraz insanı təlaşlandırırdı. Çünki bu qədər bilgi çoxluğu və fərqli yönləndirmələr həm çox yaxşı, həm də çox tələşlı idi. Çünki insan bu qədər bilgiyə çata bilməyəcəyini, sanki daim bir şeylər oxumalı olduğunu hiss edirdi. Təbii ki, bu proses hər insanda fərqli cür ola bilər.
Çözüm bu günə kimi ən çox qeyd apardığım və ən çox post-it yapışdırdığım kitab oldu. İçində 16 şəxsiyyət tipini tapmaq, onların həyat yolu analizləri və tiplərin çözümləri mövcud idi. Lakin mənə görə kitab 6.hissədə artıq bitirdi. Ümumilikdə bu mövzularla maraqlanan şəxslərə tövsiyə edirəm