Kitabı bitirər bitirməz incələmə yazmalıyam deyə düşündüm. Amma bilmirəm yazdığım 3-cü kitab incələməsi olduğundanmı yoxsa bu növ mövzularda çox da yaxşı olmamağımdanmı nə yazacağım mövzusunda qərarsız qaldım.
Düşündüm və sonra Johann Wolfgang Von Goethe'nin kitabında oxucuya keçirmək istədiyi obrazların hisslərinin məndə buraxdığı təəssürat haqqında yazmağ qərarına gəldim.
İlk növbədə, Wertherin hiss etdiklərinin tamamını hiss etsəydim onun etdiyini əsla etməzdim. Bir çox oxucunun incələmələrini oxudum və çoxunun da Wertherin Lotte'yə bəslədiyi hisslərin necə müqəddəs və gerçək sevgi olduğunu düşündüklərini gördüm. Bu mövzuda çox az belə olsa onlara qatılıram amma gerçək sevginin özünü onun yolunda fəda edəcək qədər ucda olduğunu düşünmürəm. Belə düşünməyim səbəbi bəlkə də Werther kimi duyğusal biri olmamağımdandır. Çünkü, sadəcə bir an bələ olsa, məntiqlə düşünsəniz sırf sevdiyin insanla qovuşmadın deyə özünü öldürməyin nə qədər acizcə olduğunu görərsiniz. Werther haqqında uzun uzadı yaza bilərəm ama onu heç vaxt başa düşə bilmərəm.
Gələk məni ən çox əsəb edən obraza...
Lotte...
Bir insanın səni sevdiyini və qovuşmağınızın imkansız olduğunu bildiyin halda onu özündən uzaqlaşdırmaq heç də çətin deyil. Təbii sən özün də ona qarşı bir şey hiss etmirsənsə. Amma "sevgili" Lotte eyni anda həm Albert'ə həm də Werther'ə qarşı hisslər bəsləyirdi. Kitabın sonlarına qarşı Lotte'nin düşündüklərini, etdiklərini oxuduqca əsəbdən dəli olurdum.
Hələ özünü öldürəcəyini təxmin etdiyi halda silahı Werther'ə göndərməsi...
Lotte və onun qərarsız düşüncələri və hərəkətləri haqqında uzun uzadı yazıb daha da əsəbləşmək istəmirəm.
Kitabda ən çox sevdiyim obraz Albert idi. Yeri gəldiyində məntiqli və yeri gəldiyində duyğusal qərarlar verən 10/10 bir obraz idi.
Bəlkə də kitabı məntiqimi bir kənara qoyub sadəcə duyğusal biri olaraq oxusaydım bu incələmə tamam fərqli olardı. Amma duygusallığın insanı özünü öldürmə həddinə qədər gətirdiyini oxuduğum halda heç vaxt belə biri olmaq istəmərəm.
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 2024150bin okunma