Bu kitab Cara Hunter kitabları sıralamasında ilk 3lükdə dəqiq olmalıdır. Çox maraqlı idi. Amma yəqin ki bu kitabı Cara Hunter-in öncəki kitablarını oxumadan oxumağa başlasaydım bu qədər sevməzdim. Adam Favvley komandası ilə tanış olmaq və kitabda baş verən gözlənilməz hadisələr kitabı daha maraqlı edirdi.
Kitabımızda iki sujet xətti birbirini izləyirdi. Birincisi bundan öncəki kitabda başlanılan Gavin Perrie məsələsi və onun Adama böhtan atması idi. İkincisi isə sexual assaulta qurban getdiyini iddia edən Caleb və professor Maria haqqında idi.
Hadisələr haqqında maraqlı şəkildə irəliləyirdi. Sexual assault mövzusunda kimin haqlı kimin haqsız olduğunu bilmək çətin idi. Amma real həyatda həqiqətən cinayətkarlar cəzasız qalır deyə oxuduğum kitablarda cinayətkarların cəzasız qaldığını görməyi heç sevmirəm. Bu kitab da təəssüf ki elə oldu. Maria və oğlu Tobynin hekayəsi üzücü oldu.
Kitabda sevmədiyim digər bir məqam isə bəzi chapterlərdə dialoq verilirdi amma personajların kim olduğu 3-4cü cümlədən aydın olurdu. Bu isə mənim kimi oxuduğunu beynində canlandıran, aktyorlarını tapan biri üçün çətin idi. O dialoqları oxuyanda beynimdə ekran qaranlıq olurdu
Ümumi olaraq isə maraqlı idi. Oxuyun oxutdurun