7/10
·112 syf.··
Beğendi
·
2024 281. kitabı
·
31 saatte okudu
·
Okunma: 09 Eylül 2024 03:32
Uşaqlar, bir şey deyim... Mən bu əsəri Bram Stokerin "Dracula"sından daha çox bəyəndim deyəsən ahahaha. Təbii ki, qotik ədəbiyyatın, yazılı vampir ədəbiyyatının ilk, ilk nümayəndələrindən biridir, sadə, bəlli bir süjetə sahibdir. Amma Stoker öz hekayəsini çox uzatmışdı. Normalda 400-450 səhifəlik bir kitab məni yormaz. Amma o hekayə ağır axsaq irəliləyirdi və tempin sonunda final dəhşət tələm-tələsik olmuşdu. Ona görə tatmin etməmişdi. Bu hekayə isə qısa və özdü, səliqəlidi. (Amma o qorxulu, mistik auranı Stoker daha yaxşı ötürürdü. Ən çox da Draculanın qəsrində keçən hissələrdə. Doğruya doğru.:d) Bu romanın ən çox təəccübləndiyim hissəsi qadın vampir personaj deyil. Bildiyim qədəriylə hətta "Min Bir Gecə Nağılları"nda belə vampir hekayələri var və cinsiyyətləri qadındır. Məni təəccübləndirən hekayədəki lesbian ünsürlərdir. Yəni vampirlərin şəhvətamiz, yoldançıxardan bir tərəfləri olur, olmalıdır. Draculanın bacıları da onun qonaqlarını bu şəkildə tilova salmağa çalışırlar. Ancaq Carmilla gənc, gözəl qızlara meyil edir. Üstəlik o romantik, şəhvani yaxınlığı 19-cu əsr romanına görə kifayət qədər açıq-saçıq şəkildə təsvir edilib. Oxuduqca doğru mu oxuyuram deyə sorğulamışam.:d Yazıçının həyatı barədə çox detal ala bilmədim internetdən. Amma hər cəhəti ilə bu qədər cəsarətli, sarsıcı (öz dövrü üçün) bir əsər yazdığı üçün hədsiz sayğı duydum ona. Fürsət düşsə, sırf sayğımdan ötəri başqa qorxu hekayələrinə də şans verəcəyəm. Qotik ədəbiyyatla və payız estetikası ilə kafayı sıyırmış bacılarıma tövsiyəmdir ehehehe. Sağ olun☆
CarmillaSheridan Le Fanu · İthaki Yayınları · 20196,4bin okunma
·
268 Gösterim
2 Yorum
Lütfen giriş yapınız.
Qotik ədəbiyyat + payız havası 🤝🏻 ayrılmaz ikili
carmilla
Gönderi Sahibi
+ Əsmər. Nescafe üçü birində🙆🏻‍♀️✨️
carmilla
Gönderi Sahibi
Hadi sizə kiçik spoiler. Mən bu əsərə daha detallı youtube videosu çəkəcəm ya. Çünki kiçik-kiçik toxunmaq istədiyim çox nüans var. Ürəyimdə qalmasın😂