Puan vermedi·256 syf.··
2024 29. kitabı
·
35 günde okudu
·
Okunma: 11 Eylül 2024 18:47
Modernizmdə "stream of consciousness", yəni zehin axışı üsulunun öndərlərindən biri olan Virginia Woolf... Zehin, şüur axışı - qarışıq süjet xətləri və ya hadisələrdən daha çox obrazlar və onların daxili monoloqlarına nəzər salan, mənim də son zamanlarda olduqca diqqətimi çəkən üslublardan biridir. Oxuduqca, sanki, hər bir obrazın duyğu keçişlərini, hər saniyə beyinlərindən keçən min cür dolaşıq fikirləri və ürək səslərini olduğu kimi siz də hiss edirsiniz. Mrs. Dalloway də bu tərzdə yazılmış kitablar arasında ən sevilənlərdən biridir. Əsərdə bütün hadisələr tək bir günün içərisində baş verir. Əslində, elə də çox bir hadisə yoxdur, eynilə bizim kimi sıravi insanların həyatlarının hər hansı bir gününə bənzəyən bir gündür. Clarissa Dallowayin evində həmişəki şənliklərdən birini keçirəcəyi bu adi iyun günündə müxtəlif təbəqələrdən müxtəlif insanların iç dünyalarına səyahət edirik. Yazıçı ölümlə yaşamaq arzusunu, müharibə ilə sülhü, keçmiş ilə indini, varlı ilə kasıbı, sevgi və nifrəti qarşı qarşıya qoyur. Və ya qoymur.
1000Kitap
Mrs. DallowayVirginia Woolf · İndigo Kitap · 20195,9bin okunma
·
114 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.