8/10
·72 syf.··
Beğendi
·
2024 282. kitabı
·
3 günde okudu
·
Okunma: 12 Eylül 2024 07:40
Çox qəşəng qısa romandır, uşaqlar. Mövzunun xırdalıqlarına girmək, əsərə olan marağı öldürmək istəmirəm. Belə desək, bir Avropalı iş adamının Çinə səyahəti və iş yerinin alt mərtəbəsindəki WC'lərə nəzarət edən yaşlı, qəribə xasiyyətli xanımla zamanla inkişaf edən xoş dostluğunu oxuyuruq. Bu xanım bir uşaq qanunu ilə bütün dünyada tanınan Çin kimi bir ölkədə 10 övlada sahib olduğunu iddia edir. Hər görüşlərində bu uşaqlardan birinin xasiyyətindən, həyatından danışır. Bəs xanımın həqiqəti nədir ? Və iş adamı və biz doğrudanmı, bu həqiqəti bilməyi indi davam edən oyuna üstün tutardıq ? Xanım Minq demişkən, "Gerçek, her zaman şüphecilikten pişmanlık duymama neden olmuştur." Yazıçının yaradıcılığına baxsanız, əsərlərinin hamısının adları uçuk-kaçıkdı. İnanın ki, qurduğu süjetlər də eyni kaçıklıkdadır.:d Amma qətiyyən dayaz bir çılğınlıq deyil bu. Qəşəng mesajları və incə hissləri daşıyan, sizə ötürən əsərdir☆ Dili axıcı, süjet də maraqlı. İstəsəniz oxuyun. İstəsəniz, Storyteldən dinləyin. Şmit'in pyesləri əsasında çəkilmiş tamaşaları izləməyi də sevirəm onsuz. (Gənc Tamaşaçılar Teatrında iki ayda bir filan "Tanrıya 12 məktub" tamaşası səhnələşdirilir. Yazarın "Oskar və Çəhrayı Leydi" pyesi əsasındadır. Düzdü, çox uzun (3 saat) ona görə də, yorucu tamaşadır, amma məni bol-bol güldürən, kövrəldən, ağladan çox, çox nadir tamaşalardan olub. Bütün hisslərə doyaraq ayrılırsan zaldan. Tövsiyə edirəm tamaşasevərlərə<3) Bu yazıçı ilə tanış deyilsinizsə, artıq vaxtıdır☆
Bayan Ming'in Hiç Olmayan On ÇocuğuEric Emmanuel Schmitt · Doğan Kitap · 20257,5bin okunma
·
135 Gösterim
3 Yorum
Lütfen giriş yapınız.
Tamaşanı xatırladım, bir an yenə duyğulandım. Çox, çox özəl anlardan biri idi mənim üçün 💜
carmilla
Gönderi Sahibi
Qatılıram💖
Kitabı və yazıçının qələmini bəyənməyinə ayrı sevindim <3
🥹🥹🥹🥹