8/10
·264 syf.··
2024 11. kitabı
·
25 günde okudu
·
Okunma: 12 Eylül 2024 22:44
Bu Rövşən Abdullaoğlunun ikinci kitabıdır ki oxuyuram. Belə bir yazıçını çox geç kəşf etdiyimi düşünürəm. Axıcılıq möhtəşəmdir. Bu kitaba başlayanda tərəddüd edirdim. Afrika və qəbilələr mövzusu məni heç vaxt cəzb etməmişdi. Kitab qida zənciri və insanlıq arasında əlaqəni, mübarizəni göstərir. Belə izah edim ki, kitabda bir çox qəbildən bəhs olunub və bu qəbilələrdən biri digər qəbilələrin yemidir. Çox əvvəldən digər qəbilə fərdlari efeləri yem olaraq seçmiş bu illərlə belə davam etmişdi. Bəlkə də qida zəncirinin tələbi budur. Amma efelərdə insandır və onlar yem olmağı qəbul etmirlər. Dəhşətlisi de odur ki Afrikada hələ də buna bənzər hadisələr baş verir. İnsanlar bir birini ovlayib yeyir. Amma məncə bu məsələylə şahid olmaq üçün Afrikaya getmək ora nəzər salmaq lazim deyil. Elə, dünyanın hər yerində bu dəhşət baş verir. Bəlkə də insanlar bir birlərini yemirlər amma bunu etmək üçün başqa üsul tapıblar . İnsanlar bir birini inanc ,dil, irq fərqliliyinə görə didirlər. Necə ki digər qəbilələr Efeləri din və görünüş fərqliliyinə görə xor görüblər. Ətrafımıza baxdıqda insanların daim qınağı çıxış yolu kimi görməyi bizə yad deyil. İnsanlar empatiyadan uzaqlaşırlar.( Əlbəttə ki istisnalar olub.məsələn: lano, maqu kimiləri və sairə).Çünki insan eqoist varlıqdır. Onunçün tək doğru öz doğrularıdır. Başqasının tanrısını özün ki ilə müqayisə etmək qorxudur bəlkə də bizləri. Nə isə sonda onu demək istəyirəm ki, birgün Azərbaycanda animasiya sahəsi inkişaf etsə bu hekayəni anime versiyasını görmək mükəmməl olardı.Ümid edirem ki birgün bu hekayəni animasiya olaraq yada salacağam.
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020244 okunma
·
37 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.