“Stoiklərin gündəliyi” adlı kitab ilin 366 gününə bölünür və həyatla bağlı əsas məsələlər Mark Avreli, Seneka və Epiktetin mətnlərindən sitatlar və bu sitatlar haqqında müəlliflərin şərhləri ilə günbəgün araşdırılır. Kitabda Stoik fəlsəfəsinin təlimləri ilə dinc, məhsuldar və fəzilətli insan/həyat təsvir edilir. Burada fəlsəfə ondan ibarətdir ki, xoşbəxtlik xarici şəraitdən deyil, insanın qavrayışından, seçimindən və qərarından asılıdır.
Stoisizm insanın özündən asılı olan və olmayan, bizim cəhdlərimizlə deyişilə bilən və dəyişilməsi mümkün olmayanları ayırmağın yollarını izah edir ki, zamanımız və enerjimiz boş yerə xərclənməsin. Yaşadığımız anda əlimizdən gələn maximum şəraitdən istifadə etməyi, boşa gedən zamanın əslində gözəl anlardan oğurlanmış zaman olduğunu anlayıb dəyərləndirməyi çox rahat üsullarla və sadə dillə öyrədir.
Ya yatmamışdan əvvəl ya da səhər durarkən oxunulası bir kitabdır. Ama səhər oxuyub motivasiya ilə günə başlamaq daha gözəl olardı. Hər gün 1 səhifə, yeni enerji yeni fikir günümüzə rəng qata bilər. Stoikin GündəliyiRyan Holiday