Sartre ilə tanış olmaq və kitablarını anlamaq üçün ilk olaraq, biografiya sayılan bu kitabı oxumaq istədim. İnsanın azadlığının başqasının azadlığına qədər olduğunu müdafiə edən Sartre istədiyini etmək yox, etdiyini istəməkdir azadlıq deyə bildirər.
Başqa bir deyişlə insan azadlığa məhkumdur çünki insan özgürlüyünün fərqində olduqda hər şey çətinləşir. Hər şeyin öz əlimizdə olduğu, məsuliyyətləri almaq, seçimlər qaça bilmədiyimiz şeylərdir.
Başımıza gələn hər şeydən cavabdehik. Pis həyat yaşayıb intihar etmiriksə, deməli bu seçimimizdir. Həyatın hər vəziyyəri seçimdir.
Bir hadisə istisna - DOĞUM. İnsan doğulmağı seçə bilməz. Bizi dünyaya atıblar bə bundan sonra əldən bir şey gəlməz. Hər şeyi çətinləşdirən və iç daraldan şey budur. Sartre iç daraldan həqiqətdən qaçmaq üçün edilən şeyləri insanın özünü aldatması olaraq görür.
Düzünu desəm, həyata fərqli bir pəncərədəb baxırmış kimi hiss etdim. Sartreni dəyərləndirməm mütləqdir. Fəlsəfə sevənlər maraqlanmağa başlaya bilərlər. Jean-Paul Sartre İnsan Özgürlüğe Mahkumdur