Rövşən Abdullaoğlu qələminə müraciəti ilk dəfə “Arxadakı körpüləri yandırın” kitabı ilə etdim. Motivasiya xarakterli lakin tarixi faktlarla, hadisələrlə zəngin mövzuya sahibdir. Nümunə kimi göstərilən hadisələr hər nə olursa olsun irəliyə getməyin tək yol olduğunu aşılamağa çalışır. Mövzulara ən çox dini aspektdən yanaşmaq məni kitabdan soyudurdu. Dini sitatlar gözəl olsa da, hər hekayədə hətta hər səhifədə taleyi, hadisələri, baş verən hər şeyin nəticəsinin dinə bağlanmağı kitabda mənim sevmədiyim tərəfi oldu. Ümumilikdə isə çox ibrətamiz hekayələri var. Daha gözəl fərdi inkişaf və motivasiya kitabları oxuya bilərdim. Bu səbəbdən də hər kəsə tövsiyyə etmirəm.
Dini fikirlərlə zəngin bir motivasiya kitab istəyən üçün qaçılmaz fürsətdir.
Arxadakı Körpüləri Yandırın