Gönderi

Puan vermedi·184 syf.··
2024 1. kitabı
Öncəliklə vurğulamaq istəyirəm ki, kitab “Güzgü işi” -dən ibarətdir. Verilən tapşırıqları güzgü qarşısında gözlərinizə baxaraq etməliyik. Mən güzgü qarşısında yox amma çox tapşırıqları inanaraq özümə təkrar edirdim tək qalaraq, gəzərək. Bu üsulla da irəliləyiş əldə etmək olar. Görürük ki, 21 gün ərzində mütəmadi olaraq etməli olduğumuz işləri etdikdən sonra avtomatik olaraq rutinə düşürük. Ona görə də qurduğumuz nizamın bizimlə olduğunu anlayan kimi özümüzü daha xoşbəxt, daha enerjili və daha güclü hiss edirik. Ümumiyyətlə, 21 gün ərzində hər gün müxtəlif mövzularda güzgü qarşısında təsdiqlər söyləyərək və gündəlik sual və ya fəaliyyətləri yazaraq həyatımıza kənardan baxmağa imkan verir. Özümüzlə danışmaq, daxili pis tənqidləri susdurmaq, keçmişi bağışlamaq və keçmiş məsələləri buraxmaq haqqında yazılmışdır. Bəzən özümüzü sevirik bəzən isə yox bu bəzənləri götürüb hər şeyimizlə özümüzü sevməyin gözəl üsullarıdır bu kitab. Özümüze sevməliyik ki içimizdə yıxılan nəsə olduqda onu toplaya, içimizdəki uşaq ağladığında könlünü ala, ayağımız ilişəndə əlimizi verib qaldıra bilək. Yoxsa niyı oldu? Taleyim beledir, bəxtim yoxdur, heçnə bacarmıram və s sözlərlə həyatımızı cəhənnəmə, qəlbimizi qaranlıq xarabaya çevirik. İçinizə hər gün gözəl hiss atın ki dilinizdən çıxan söz xoş, baxışlarınız xoşbəxt, gülüşünüz enerjili olsun o zaman həyat rəngarəng olur Əgər yaxşı hiss etmədiyiniz dönəmdəsinizsə bu kitabla nələrisə tam olmasa da, qismən düzəldə biləcəyinizə söz verə bilərəm Hər zaman yaxşı olmaq diləyi ilə 21 Günə Həyatını Dəyiş #y:116410
1000Kitap
21 Günə Həyatını DəyişLouise L. Hay · Teas Press · 2022525 okunma
·
164 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.