Ömür ötür keçir aram-aram..
7/10
·205 syf.··
Beğendi
·
2024 34. kitabı
·
4 günde okudu
·
Okunma: 13 Eylül 2024 22:18
Saat 03:46. Yəni bu o deməkdir ki, təxmini 1 saat 45 dəqiqədir qeyd dəftərimə boş-boş baxıram, kitab haqqında nə yazacağımı düşünürəm. Nəsibə Abdullayeva 16 dəfə "Səndən nigaranam" dedi, amma mən hələ də qarışıq düşüncələr içində gözləyirəm. İndiyə qədər oxuduğum kitablar haqqında ilk dəfədir danışmağa söz tapa bilmirəm. Kəlimələr dilimə gəlmir, qəribədir. Kitabın sanki görünməz əlləri vardı, insanın daxili aləminə toxunan, gözləri vardı qəlbini oxuyan. Deyəsən, kitab məni oxudu, ona görə söz tapa bilmirəm:') İlk başlarda bu qədər təsirlənəcəyimi, heeç düşünməzdim. Ən zəif mövzulara belə üzülüb, ağladığım olub, amma bu elə üzüntülərdən deyildi sanki. Bəlkə də, bu üzüntünün adı Elvinin dediyi kimi yarım qalmışlıq hissiydi, ya da seçimlərin amansızlığıydı bilmirəm. Həqiqətən də, həyatımıza yön verən, illər boyu təsir edən ən böyük amil məhz belə seçim olur. Aynurun seçimi kimi. "Bu kitabı oxuyan hər kəs görəcək ki, insanlar sevdikləri üçün sevdiklərindən ayrı düşə bilərlər. İnsanları ayrı salan həmişə faciələr deyil, bəzən qarşındakını daha çox düşünmək, bəzən qorxaqlıq, bəzən cəsarətsizlikdir. Hamıdan və hər şeydən yorulmaq da insanları ayrı sala bilər, fədakarlıq da." Bəsit dildə, amma hadislərin ağırlığını özündə sona kimi qoruyub saxlayan kitablardandır Səndən Nigaranam . Özəlliklə Gəncəmin xüsusi təsvir edilməsi çox xoşuma gəldi. Ona görə elə tezcə doğmalaşdıq.♡ Getdiyim, sevdiyim yerləri kitabdan oxumaq xüsusi zövq verdi. Sanki bütün yaşananların canlı şahidi olmuşdum. Sabir küçəsi, Xan bağı, 1 nömrəli avtobus və.s. Yurdum yazdırır da:)) Hər kitabda olduğu kimi bu kitabda da bəyənmədiyim hissələr oldu, amma bu dəfə onlardan danışmaq istəmirəm, niyəsə. Kitabı qüsurlarıyla sevmək gəldi içimdən:D
1000Kitap
Səndən NigaranamAdil Samir · Kitab Oxu Nəşriyyatı · 202348 okunma
·
354 Gösterim
1 Yorum
Lütfen giriş yapınız.
Qəşəng, çox qəşəng.
Şəhla
Gönderi Sahibi
Çox təşəkkür edirəm🌻💛