Puan vermedi·126 syf.··
2024 4. kitabı
·
3 günde okudu
·
Okunma: 21 Eylül 2024 13:54
"Genç Werther'in Acıları" Roman, Werther’in içsel mübarizələrini, sevginin gətirdiyi xoşbəxtliyi və acını, yalnızlığı və varoluşsal suallarını dərindən işləyir. Werther’in sonunda yaşadığı karamsarlıq və çarəsizlik, əsərin tragik yönünü təşkil edir. Nəticədə, sevginin mümkün olmaması və öz içindəki narahatlıq onu bir çıxmaza sürükləyir ki, bu da əsərin dramatik zirvəsidir. Və Werther’in doğaya olan bağı, duyğularını ifadə etməsində mühüm rol oynayır. Doğa onun üçün bir sığınacaqdır; amma nə qədər qaçsa da, içindəki boşluğu və acını aradan qaldıra bilmir. İnsanlarla olan əlaqələrində isə, çox vaxt tənha hiss edir. Cəmiyyətdən uzaqlaşması, dərin duyğularının başqaları tərəfindən anlaşıla bilməməsindən irəli gəlir. Goethe, bu əsərlə yalnız fərdi bir faciəni anlatmır, həm də sevginin və tutqun insan ruhu üzərindəki dağıdıcı təsirlərini göz önünə sərir. Werther, dərin emosional yoğunluğuyla, oxucunu duyğusal bir səyahətə çıxarır və sevginin nə qədər mürəkkəb və yıxıcı ola biləcəyini göstərir.
Edebiyat
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 2024150bin okunma
·
55 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.