·416 syf.··Beğendi
···Okunma: 22 Eylül 2024 13:42 Növbəti kitabı Rüfət İsgəndərzadənin- Əks- Dejavü psixoloji - detektivini oxuyub bitirdim.
Kitab çox axıcı, dili çox sadədir.
***Son günlərdə həyat yoldaşının laqeydliyindən narahat olan Ramilə xanım gündən-günə beynində artan sualları cavablamaq üçün detektiv təyin etdikdən sonra xəyanətə uğradığını öyrənir. Baş verən bu hadisədən sonra Ramilə xanımın həyat yoldaşı Taleh Muradov bir anda amansızca qətlə yetirilir. Araşdırmalar nəticəsində Taleh bəyin iş həyatında bəzi qaranlıq məqamlar gözə çarpıb şübhəlilərin sayını artırsa da, qısa bir müddət sonra onun həyat yoldaşına xəyanət etdiyi məşuqəsi Sevil Camalzadənin də öz mənzilində qətlə yetirilməsindən sonra əldə edilən sübutlara əsasən bütün hədəflər yalnız bir nəfəri göstərirdi. Lakin hadisəyə daxil olan şəxsin araşdırmaları nəticəsində bu cinayətlərin bütün gerçəkləri və sonrasında baş verənlər təəccüblü olduğu qədər bəzi duyğusal anların da yaşanmasına səbəb olacaqdı.
Səssiz-səmirsiz ağlayan qadınlar dərdlərini hətta əzələlələrinə qədər yaşayanlardır. Çünki insanların onları anlamayacaqlarını qəbullanıblar.Canları çox yanmışdır. Gözyaşları içlərinə doğru axar, axdıqca qəlblərini zəhər kimi yandırar. Hiss etdikləri duyğudan əsla tətmin olmazlar. Çünki ürəkləri çox qırılmışdır.Onsuzda zərif olan həmin ürəkləri artıq heç bir şeyə dözməyəcək bir vəziyyətə gələr. Hər kəs onların şən olduqlarını düşünər. Onlar hər kəsin üzünə gülər, hər kəsin dərdini dinləyər. İnsanlar onlara dərdsiz gözü ilə baxıb qibtə edərlər. Halbuki onlar hər şeyi içində yaşayarlar. Heçkimin ruhu belə duymadan.
Sevgi belə olmur.Sevgi bəzən istənilməyəndə sakit və səssizcə gedə bilməkdir.
Hər bir insanın sevgini yaşaması , hiss etməsi və ifadə etmə tərzi çox fərqlidir. Kimilərinə görə əsl sevgini tapmaq olduqca çətindir. Bəziləri isə gerçək sevginin qəlbimizdə olduğunu düşünür. Bunlardan əlavə olaraq elə sevgilər var ki, qovuşmağın yolu hətta qatil olmaqdan belə keçir. Düzgün və məntiqli sevməniz və adil sevilməniz diləyi ilə… Kitabla qalın