Puan vermedi·352 syf.····Okunma: 03 Eylül 2016 00:00 Əsər yaxın keçmişdə yazılmasına baxmayaraq dövrümüzü özündə tam əks elətdirir. Əsərin əslində biraz da satirik mənası var.
Əsər diktatorluqdan bəhs edir və hadisələr 1984cü ildə cərəyan eliyir. Bu dəfəki diktatorluq bizim bildiyimiz diktatorluqdan xeyli fərqlənir. Əsəri maraqlı eləyən də budur.
Güclü təsəvvür qabilliyəti ilə yazıçı gördüyünü mükəmməl şəkildə oxucuya çatdıra bilib. Əsərin qəhrəmanı uşaqlıq dövrünü diktatorluq qurulmamışdan əvvəlki bir vaxtda keçirən indi isə həqiqətləri bilən tək-tük insanlardan biridir.
Dövrünün komunizmini tənqid eləyən yazıçı öz tərzi ilə bunu eləyib və bacarıb deyə düşünürəm. Həmçinin tənqidlərlə yanaşı əsərdə diktatorluğun bütün qayda qanununa zidd olan sevgi macərasıda var və bu əsərə bir ayrı həyəcan qatır.