Gönderi

Puan vermedi·96 syf.··
Beğendi
·
2024 25. kitabı
·
5 günde okudu
·
Okunma: 28 Eylül 2024 09:20
Kefli İsgəndər ilə fırıldaqçı Şeyx Nəsrullah qarşı-qarşıya. Hadisələr Həmədanda baş verir. Cəlil Məmmədquluzadə "Ölülər" komediyasında/pyesində kefli İsgəndərin dili ilə camaatın cahilliyini, mərifətsizliyini tənqid edir. Şeyx Nəsrullah avam camaatı "ölü dirildirəm" deyə asanlıqla aldadır və əvəzində hər gecə bir qız alır. İsgəndər demişkən, camaat öz qızlarını şeyx kimi "müqəddəs bir vücud"a verməklə onları behiştə çəkdiklərini zənn edir. Guya, "hər kəs bu mübarək otağa qədəm qoysa, öləndən sonra qiyamətədək qəbrin dəriçəsindən məlakələrlə söhbət edəcək". Az qala İsgəndərin bacısı Nazlı da bu biçarə qızların (əslində, 9-13 yaşlı UŞAQLARIN) arasında olacaqdı. İsgəndər təhsillidir. Lakin atası Hacı Həsən deyir, "Heç bir şeyə inanan deyil; nə Allahı tanıyır, nə peyğəmbəri tanıyır. Öz ağırlığı qədərincə oxumağına pul qoymuşam, on il gedib, nə bilim, hansı cəhənnəmin dərəsində dərs oxuyub; indi gör, axırı nə günə qalıb? ... Bu da sənə dərs!" Xeyr, hacı, səhv edirsən... Bəli, İsgəndər nitqi və hərəkətləri ilə ilk baxışda yaramaz, bayağı bir adam təsiri bağışlayır. Ancaq onun bir sıra fikirləri diqqətimi çəkdi, düşündürdü: 1. "...mənim də müəllimim mənə nəsihət elərdi ki, bala, səy elə, dərslərini yaxşı öyrən. Bu dılğırların heç birindən eşitmədim ki, desin: bala, adam ol. Hər kəsə rast gəlirsən, elə bunu eşidirsən ki, elm oxu, alim ol". 2. "Ey mənim gözəl bacım Nazlı. Səhərdən axşama kimi oturubsan evdə, anandan bozbaş bişirmək dərsi alırsan, amma mənim yanıma gəlmirsən ki, gəzdiyim şəhərlərdən sənə nağıl eləyim, görəsən dünyada nə var, nə yox". 3. "Ay rəhmətliklər! Siz indi burada rahatca yatıbsınız, heç dünyadan xəbəriniz yoxdur". 4. "Dünyada uzunqulaq məgər azdı? Nuhun gəmisində hər heyvandan hərəsindən bircə dənə var idi, amma indi gör bircə Həmədanda nə qədər eşşək var?" 5. "Diqqətnən baxın! Sizin tarixlərinizin kitabında bu, qan ilə yazılmış bir səhifədir. Sizdən sonra gələnlər bu kitabı vərəqləyib bu səhifəni görəndə sizi yada salıb deyəcək: tfu üzünüzə!" 6. "Siz tək camaatın da igidi mənimtək olar". 7. "Mən dağları, daşları, quşları, fələkləri, ayları, ulduzları və dünya-aləmləri bura şahid çəkərəm və bu qızları onlara nişan verərəm, soruşaram ki, bu camaata nə ad qoymaq olar? O vədə hamısı bir səslə cavab verər: Ölülər!" Xoş mütaliələr.
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,273 okunma
·
103 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.