Puan vermedi·136 syf.··
Beğendi
·
2024 14. kitabı
·
454 günde okudu
·
Okunma: 30 Eylül 2024 15:10
Bu dünyada insan şüurunun ali mənəvi ifadəsindən başqa hər şey əhəmiyyətsiz və darıxdırıcıdır. Ağıl heyvanlarla insanlar arasında kəskin sərhəd qoyur. “ Bu məhdudiyyət bizi həyatın mənası, var olma məqsədimiz, necə, nə üçün, kimin üçün yaşamalı olduğumuza dair bir çox suallara aparır. Monoton şəraitdə yaşayan məhdud varlıqlar olaraq, biz ancaq büdrədiyimiz zaman həyatın məqsədini şübhə altına alırıq. Bu, Çexovun oxuduğum ilk əsəri idi və sadəcə olaraq nutkum tutuldu. Onun belə qısa bir kitaba necə bu qədər çox şeyi sığdırdığını başa düşmək çətindir. Öz təbirincə desək, Çexov bizi tikanlı yollara çıxmadan cığırla altıncı palataya aparır. Amma içinə girdikdən sonra yolculuq həqiqətən zorluydu. Sizi real həyatla üz-üzə qoyan bir çox səhifələri var idi və o səhifələr çox üzücü idi. Xüsusən də Mixail və Hobotov haqqında olan hissələr hətta məni də hiddətləndirdi. Yaşadığımız dünya; Sağlamlıq sistemi, etik qaydalar, əxlaq, ədalət, ölüm və bir çox başqa mövzuları diqqəti cəlb edən bir əsərdir. Hər şeyini itirdikdən sonra manik depressiyaya düşən İvanla çox şeyə malik olmasına baxmayaraq həyatının, mal-dövlətinin nə qədər mənasız olduğunu anlayan Andreyin dostluğu kitabı həm fəlsəfi, həm də psixoloji cəhətdən çox gözəl idi...
6 Nömrəli PalataAnton Çehov · Parlaq imzalar · 202287,4bin okunma
·
41 Gösterim
Yorumlar
Lütfen giriş yapınız.